19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib.
Tədbirdən əvvəl nümayəndəliyin kollektivi Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Həmçinin görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin də xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.
Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Ulu öndərin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran Bəxtiyar Əsgərov Onun dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik dövlət xadimi olduğunu vurğulayıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna xidmətləri olub.

Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən söhbət açan Bəxtiyar Əsgərov ümummilli liderimizin siyasi irsinin layiqli davamçısı Prezident cənab İlham Əliyevin ölkəmizin dünya miqyasında tanınmasındakı mühüm rolundan danışıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası da bugünkü həyatını və inkişafını məhz ulu öndər Heydər Əliyevə borcludur. Vaxtilə ümummilli liderin verdiyi müdrik qərarlar nəticəsində Naxçıvan öz həyatının yeni və müqayisəsiz dövrünə qədəm qoyub. İti düşüncəsi, uzaqgörən siyasəti və Azərbaycanın milli maraqlarına cavab verən fəaliyyəti ulu öndəri layiqli Azərbaycan övladı, əsl vətəndaş, dərin düşüncə sahibi, dahi Heydər Əliyevə sədaqət məktəbinin öncülü cənab Vasif Talıbovu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədr seçməyə, onu Naxçıvanın və müstəqil Azərbaycanın inkişafı yolunda geniş fəaliyyət sferası açmağa sövq edib. Ali Məclisin Sədri seçilən cənab Vasif Talıbov ötən dövr ərzində göstərdiyi uğurlu fəaliyyəti ilə ulu öndərin yüksək etimadını doğruldub, onun layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli, sürətli inkişafının aparıcı simalarından birinə çevrilib.
Sonra ulu öndərin həyatından, ölkəmizin quruculuq və inkişafı istiqamətində misilsiz xidmətlərindən bəhs edən “Müstəqil Azərbaycanın memarı” sənədli filmi nümayiş olunub.
Tədbirdə Xalq şairi Nəriman Həsənzadə, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Jalə Əliyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyev və başqaları çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş ulu öndər Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hər zaman böyük zərurət olacaq və bu irs heç zaman tükənməyəcək. Dahi şəxsiyyətin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilədək davam edən bu dövr “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir, ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışı – 1993-cü il 15 iyun günü “Milli Qurtuluş Günü” kimi hər il təntənə ilə qeyd edilir.
Bütün dünyada nüfuzlu siyasi xadim kimi tanınan ulu öndər Heydər Əliyev Sovetlər İttifaqı kimi nəhəng dövlətin rəhbərliyində təmsil olunmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənir, görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi ən yüksək vəzifəyə çəkilməyə layiq bilinirdi. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, Azərbaycanın güvənc yerinə və bütün Türk dünyasının fəxrinə çevrilmişdi. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən ümummilli lider azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilib.

AZƏRTAC

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4273331
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2152
5778
26496
104689
4273331

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter