24 May 2019, Cümə

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ulu öndər Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun fərdi yaradıcılıq sərgisi keçirilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan incəsənətinin, bütövlükdə, mədəniyyətimizin rifahı naminə səmərəli işlər həyata keçirib. İncəsənət bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək Səyyad Bayramovun Naxçıvan teatrında, muxtar respublikada rəsm sənətinin inkişafında göstərdiyi xidmətlərindən danışıb.
Diqqətə çatdırılıb ki, 40-a yaxın tamaşaya tərtibat verən, rəssamlıq sənətinin digər janrlarında da uğurlu nümunələr yaradan, gənc rəssam kadrların yetişməsində yaxından iştirak edən Səyyad Bayramovun yaradıcı­lığı və əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar və başqaları əlamətdar gün münasibətilə sərgisi keçirilən rəssamı təbrik ediblər.
Rəssam Səyyad Bayramov çıxış edərək sərginin təşkil olunmasında göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Tədbirin sonunda sərgiyə baxış olub. Emosional üslub tərzinə, yüksək peşəkarlığa, zəngin, kontrastlı kolorit həllinə malik 50 rəsm əsəri maraqla qarşılanıb.
Qeyd edək ki, sərgi mayın 15-dək davam edəcək.

- Güntac ŞAHMƏMMƏDLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4014111
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3545
4800
21601
96493
4014111

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter