19 Oktyabr 2019, Şənbə

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda voleybol üzrə muxtar respublika turnirinə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının birgə təşkil etdiyi turnirdə “Naxçıvan”, “Culfa”, “Şərur”, “Sədərək” komandaları ilə yanaşı, Azərbaycanın gənclərdən ibarət yığma komandası da mübarizə ­aparıb.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində iki gün davam edən turnirin final görüşündə “Naxçıvan” komandası Azərbaycanın gənclərdən ibarət milli komandasını sınağa çəkib. Keçirilən hər üç seti 25:22, 25:18 və 25:15 hesabları ilə başa vuran yığma komanda turnirin qalibi adını qazanıb.
Sonda hər iki komanda diplom, medal və kubokla mükafat­lan­dırılıb.
Mükafatları Gənclər və İdman naziri Azad Cabbarov və Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədov təqdim ediblər.

  Ceyhun MƏMMƏDOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR