02 İyul 2020, Cümə axşamı

Azərbaycan Pankration, Grappling və MMA Federasiyasının təşkilatçılığı ilə respublika çempionatı keçirilib.
Bakı şəhərindəki Sərhədçi Olimpiya İdman Kompleksində keçirilən ölkə çempionatı iki gün davam edib.
Çempionatda Naxçıvan Muxtar Respublika idmançıları da iştirak edib və uğura imza atıblar. Belə ki, MMA (Qarışıq Döyüş Sənəti) növündə yeniyetmələrin mübarizəsində Qadir Əliyev (46 kiloqram) bütün rəqiblərini məğlub edərək çempionatın qalibi olub. Yeniyetmələrin pankration növündə 53 kilo­qram çəki dərəcəsində mübarizə aparan Miryusif Seyid­bəyli yalnız final görüşündə məğlub olub və ölkə birinci­liyini ikinci pillədə başa ­vurub.
Bu növdə daha iki medalı 10-11 yaşlı idmançılarımız əldə edib. Belə ki, 27 kiloqram çəki dərəcəsində Oğuz Məmmədli, 30 kiloqram çəki dərəcəsində isə Səid Abbaslı bürünc medal əldə ediblər.
12-13 yaşlı idmançılarımızdan Xəyyam Hüseynov (34 kiloqram) və Vaqif Orucov (42 kiloqram) grapplinq növündə döşək üzərinə çıxıblar və hər iki idmançımız üçüncü yerlə kifayətlənib.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medal­larla təltif olunublar.

 Ceyhun MƏMMƏDOV

ARXİV

İyul 2020
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR