20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

AMEA Naxçıvan Bölməsində 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xilaskarlıq missiyası” mövzusunda keçirilən elmi konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanın müasir dövr tarixinə qızıl hərflərlə yazılan 15 İyun – Milli Qurtuluş Günü tarixinin əhəmiyyətindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə yenidən qayıdışı ilə Milli Qurtuluşumuzun əsasını qoyub. Dahi öndərin misilsiz xidmətləri nəticəsində azad, müstəqil, sivil bir dövlət qurulub.
Qeyd olunub ki, ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı Prezident ­cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının qloballaşan dünyanın tələbinə uyğun apardığı siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, eyni zamanda ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etməsinə misilsiz töhfələr verib.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin mövzu ilə bağlı geniş məruzəsi dinlənilib. Məruzədə vurğulanıb ki, Azərbaycan dövlətinin əbədiyaşarlığına, ölkənin hərtərəfli inkişaf etməsinə məhz ümummilli liderin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən sonra nail olunub.
Sonda Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov və Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov mövzu ətrafında çıxış ediblər.


AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4280635
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3600
5856
33800
111993
4280635

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter