20 İyul 2019, Şənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən tədbiri giriş sözü ilə açan xidmətin əməkdaşı Vəli Quliyev bildirib ki, belə tədbirlərin təşkili həm muxtar respublikamızda yaşayan və əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin miqrasiya sahəsində maariflənməsinə, həm də qədim diyarımızın turizm potensialının təbliğinə xidmət edir.
Vurğulanıb ki, yarandığı ilk gündən fəaliyyətini insan hüquq və azadlıqlarının qorunması, humanizm və qanunçuluq prinsipləri əsasında həyata keçirən Dövlət Miqrasiya Xidməti miqrasiya sahəsində qazandığı uğurların təzahürü kimi muxtar respublikada əcnəbilərin hüquqi təminatçısına çevrilib. Qədim diyarımıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi, müvəqqəti və daimi yaşamaq, həmçinin haqqıödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, onların olduğu yer və yaşayış yeri üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri daim diqqət mərkəzində saxlanılır. Xidmət əməkdaşı çıxışında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məqamlara toxunub, bu barədə slayd vasitəsilə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Vəli Quliyev Dövlət Miqrasiya Xidmətinin rəsmi saytının əcnəbilərin və ölkə ictimaiyyətinin daha rahat istifadəsi üçün cari ilin əvvəlində tamamilə yeniləndiyini, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirildiyini qeyd edib. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı məlumatlı olmalarına, maariflənmələrinə ­xidmət edir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı Orxan Cəfərov qeyd edib ki, Naxçıvanın zəngin turizm potensialı, ecazkar təbii gözəllikləri, tarixi-mədəni abidələri, həmçinin müasir təhsil bazası əcnəbilərin muxtar respublikaya olan marağını ilbəil artırır.
Sonra tədbir iştirakçıları “Əshabi­-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi haqqında hazırlanmış videomateriala baxıblar.
Sonda əcnəbilərin Əshabi-Kəhf ziyarətgahına ekskursiyası təşkil olunub. Tədbir əcnəbilərdə xoş ovqat yaradıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4280616
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3581
5856
33781
111974
4280616

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter