22 Sentyabr 2019, Bazar

Culfa Rayon İcra Hakimiyyətində keçirilən müşavirəni İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev açaraq məruzə ilə çıxış edib. Qeyd olunub ki, iqtisadiyyatın bütün sahələrinə göstərilən hərtərəfli dövlət dəstəyi rayonun inkişafında mühüm rol oynayıb. Rayonda təbii xammal bazasının mövcudluğu, yeni sahibkar­lıq subyektlərinin yaradılması sahəsində həyata keçirilən tədbirlər rayonda istehsal potensialının güclənməsinə səbəb olub.
2019-cu ilin 6 ayında rayonda 3 milyon 473 min 900 manatlıq sənaye məhsulu istehsal edilib.
Rayon iqtisadiyyatında aparıcı sahə olan kənd təsərrüfatının inkişafı ötən illərdə olduğu kimi “Ailə təsərrüfatları ili”nin birinci yarısında da diqqət mərkəzində saxlanılıb. Belə ki, 1204 kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faizi güzəştli şərtlərlə olmaqla, 959 min 850 manat dəyərində 1465 ton mineral gübrə satılıb, yanacaq və motor yağlarına görə isə 319 min 950 manat dövlət yardımı verilib.
Vurğulanıb ki, 2019-cu ilin məhsulu üçün 2018-ci ilin payızında və cari ilin yazında 8213 hektar sahədə əkin aparılıb. Əkilmiş sahələrin 5381 hektarı buğda, 1172 hektarı arpa olmaqla, 6553 hektarını taxıl, 513 hektarını dənli-paxlalılar, 279 hektarını kartof, 364 hektarını tərəvəz, 130 hektarını bostan məhsulları, 9 hektarını qarğıdalı, 13 hek­tarını günəbaxan bitkisi, 35 hektarını birillik, 317 hektarını isə çoxillik otlar təşkil edib. Bu dövrdə 279 hektar kartof əkini sahəsinin 130 hektarından 1020 ton, 364 hektar tərəvəz əkini sahəsinin 90 hektarından 330 ton, barverən meyvə bağlarından 947 ton məhsul yığılıb.

Bəhs olunan dövrdə rayonda 1540-ı badam, 1100-ü ərik, 150-si alma, 160-ı gilənar olmaqla, ümumilikdə, 2950 meyvə ağacı əkilib.
Qeyd olunub ki, cari ilin 6 ayında rayonda diri çəkidə 2021 ton ət, 5725 ton süd, 4 milyon 85 min ədəd yumurta, 127,4 ton yun istehsal edilib.
Rayonda təhsil, mədəniyyət, səhiyyə, rabitə və digər sahələrdə qazanılan uğurlardan, mövcud nöqsanların aradan qaldırılmasının vacib­liyindən danışan Siyam Hacıyev ilin ikinci yarısında qarşıda duran vəzifələrdən də bəhs edib. Diqqətə çatdırılıb ki, 2019-cu ilin ikinci yarısında rayonun sosial iqtisadi inkişafı üçün yaradılan imkanlardan səmərəli istifadə edərək daha yüksək nəticələr əldə olunacaq.
Məruzə ətrafında çıxışlar dinlənilib.

Alim Ağayev

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR