19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını Baş nazirin müavini, Maliyyə naziri Səbuhi Məmmədov açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, bəhs edilən dövrdə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 40 milyon 836 min 600 manat təyinata qarşı 108 faiz icra edilib, büdcəyə nəzərdə tutulandan 3 milyon 267 min 635 manat çox vəsait daxil olub. Cari ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin 84,3 faizi və ya 37 milyon 189 min 353 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 12,8 faizi və ya 5 milyon 635 min 486 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 2,6 faizi və ya 1 milyon 153 min 809 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,3 faizi və ya 125 min 577 manatı isə digər mənbələr hesabına daxil olub.
Qeyd edilib ki, 2019-cu ilin birinci yarım ilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 276 milyon 40 min 923 manat təyinata qarşı 234 milyon 903 min 157 manat və ya 85,1 faiz icra olunub. Bununla yanaşı, ilk yarım ildə muxtar respublikanın dövlət büdcəsinin icrasında sosial­yönümlü xərclərdən əməyin ödənilməsi, dərman və ərzaq xərcləri, təqaüd və sosial müavinətlərə 105 milyon 293 min 887 manat sərf olunub ki, bu da büdcə xərclərinin 44,8 faizini təşkil edib. Eyni zamanda büdcə xərclərinin 74,9 faizi və ya 176 milyon 31 min 735 manatı cari xərclərə, 25,1 faizi və ya 58 milyon 871 min 422 manatı isə əsaslı xərclərə yönəldilib. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq işlərinin aparılmasına, təhsil və səhiyyə müəssisələrinin tikintisinə, həmçinin infra­strukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

Vurğulanıb ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Maliyyə Nazirliyinin qarşısına qoyulmuş tapşırıqların icrası istiqamətində tədbirlər görülərək dövlət büdcəsinin proqnoz göstəricilərinin icrası bundan sonra da təmin ediləcək, büdcə vəsaitlərinin qanunauyğun və səmərəli istifadəsi üzərində nəzarət daha da gücləndiriləcək, etibarlı maliyyə nəzarəti sisteminin formalaşdırılması həyata keçiriləcəkdir.
Sonra məruzə ətrafında çıxışlar ­dinlənilib.

*   *   *

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollegiya iclasında çıxış edən nazir Tapdıq Əliyev bildirib ki, 2019-cu ilin birinci yarım ili ərzində ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 278 milyon manatdan çox olub. Ümumi daxili məhsulun 57,5 faizi və ya 734 milyon 701 min manatı istehsalın payına düşür. Bəhs olunan dövrdə sənaye məhsulu istehsalının həcmi 1,4 faiz, əsas kapitala yönəldilən investisiyaların həcmi 1,2 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 2,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 3,9 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 4,6 faiz artıb.
Nazir bildirib ki, muxtar respublikada sənayeləşmə istiqamətində 2019-cu ilin 6 ayı ərzində sahibkarlıq subyektləri tərəfindən iqtisadi fəaliyyətin müxtəlif sahələrində 2-si özəl investisiyalı olmaqla, 9 istehsal sahəsi istifadəyə verilib. Yerli istehsal sahələrinin inkişafının nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur. 350 növdə məhsula olan tələbat yerli imkanlar ­hesabına ödənilir.
Qeyd olunub ki, hesabat dövründə 5 heyvandarlıq təsərrüfatının yaradılması, birinin isə genişləndirilməsi başa çatdırılıb, 4 heyvandarlıq, 5 arıçılıq təsərrüfatının yaradılması, ikisinin isə genişləndirilməsi, əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə ümumi tutumu 3695 ton olan 5 soyuducu anbarın qurulması davam etdirilib.
Vurğulanıb ki, “Ailə təsərrüfatları ili” elan olunmuş 2019-cu ilin ötən dövründə 15 ailə təsərrüfatına 156 min 800 manat dövlət maliyyə dəstəyi göstərilib, 91 ailə təsərrüfatı 6 mindən çox tara ilə təmin edilib. Ümumilikdə, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi məqsədilə 2019-cu ilin ötən dövrü ərzində iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 28 layihənin maliyyələşdirilməsinə 6 milyon 6 min manat həcmində güzəştli kreditlər ayrılıb. Bu kreditlərin 5 milyon 500 min manatı sənayenin, 501 min 100 manatı kənd təsərrüfatının və 5 min manatı isə xidmət sahələrinin inkişafına yönəldilib.
Bildirilib ki, cari ilin ötən dövrü ərzində ölkə daxilində və 7 xarici ölkədə keçirilən 19 beynəlxalq tədbirdə 82 sahibkarlıq subyektinin iştirakı təmin edilib.
Kollegiya iclasında qeyd olunub ki, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və Menecment, “Naxçıvan” Universitetinin İqtisadiyyat ixtisaslarında təhsil alan tələbələrlə görüşlər keçirilib, tələbələrə startap layihələrinin mahiyyəti, onların iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi və stimullaşdırılması mövzularında çıxışlar təqdim edilib.

*  *  *

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasında məruzə ilə çıxış edən komitə sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli bildirib ki, hesabat dövrü ərzində dövlət qayğısı ilə əhatə olunan gömrük orqanlarında xidmətin modernləşməsi, iş şəraitinin daha da yaxşılaşdırılması diqqətdə saxlanılıb. Sədərək Gömrük İdarəsi üçün 18 hektar ərazidə müasir kompleksin inşası sürətləndirilib. Gömrük orqanlarında 8 Almaniya istehsalı olan yeni rentgen-nəzarət qurğusunun, vətəndaşların üzərlərində olan malların aşkarlanmasına imkan verən 2 müasir “B-skan”ın quraşdırılması gömrük nəzarətinin sürətli və mükəmməl formada həyata keçirilməsinə imkan yaradıb.
Qeyd olunub ki, hesabat dövründə iş prosesinin avtomatlaşdırılması və idarəetmənin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib, “Sərhədkeçmə vaxtının ölçülməsi sistemi” tətbiq olunmağa başlanılıb. Şahtaxtı-Poldəşt gömrük-sərhəd buraxılış məntəqəsinin iş vaxtı 16 saata çatdırılıb.
Komitə sədri qeyd edib ki, 2019-cu ilin birinci yarısında muxtar respublika gömrük orqanları dövlət büdcəsinin formalaşdırılması məqsədilə qarşıya qoyulmuş proqnoz-tapşırığa 108 faiz əməl edilib. Toplanmış gömrük ödənişləri Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 13 faizini təşkil edib. Qeyd olunub ki, hesabat dövründə 47 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi artıb. İxrac əməliyyatları, əsasən, Türkiyə Respublikası, Gürcüstan, İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası və Qətər Əmirliyi ilə həyata keçirilib.
2019-cu ilin birinci yarısında gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə istiqamətində səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınmış 2 cinayət faktı üzrə, ümumilikdə, 8,2 kiloqram narkotik vasitə və psixotrop maddələr aşkarlanıb. Vurğulanıb ki, yerli sahibkarların dəstəklənməsi üçün kənd təsərrüfatı məhsulları kütləvi çıxım dövründə analoji xarici malların təsirindən qorunub, yerli məhsulların bazar payı daim nəzarətdə saxlanılmaqla idxalın məhdudlaşdırılması həyata keçirilib. 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan olunması ilə əlaqədar xaricdən ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üçün gətirilən mallara gömrük güzəştləri tətbiq olunub.
Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunduğunu vurğulayan komitə sədri bu məqsədlə 6,8 ton ərzaq və qeyri-ərzaq məhsulunun muxtar respublika ərazisinə buraxılmadığını, 14 tondan artıq malın isə yandırma üsulu ilə məhv olunduğunu qeyd edib.
Kollegiya iclası məruzə ətrafında ­çıxışlarla davam edib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin yarım ilin yekunu və qarşıda duran vəzifələrlə bağlı müşavirəsini xidmətin rəisi Əli Hüseynəliyev açaraq bildirib ki, cari ilin ötən dövrü ərzində nəqliyyat sektorunun da inkişafında əhəmiyyətli uğurlar əldə olunub.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına əsasən avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziya verilməsi üçün əhali arasında geniş maarifləndirmə işi aparılıb, bununla bağlı bir neçə dəfə səyyar seminar-müşavirə keçirilib, ümumilikdə, 755 sahibkara sərnişindaşıma fəaliyyəti göstərməsi üçün lisenziya verilib.
Bildirilib ki, hesabat dövründə şəhərlərarası və rayonlararası marşrut avtobuslarının hərəkət qrafiki daha da təkmilləşdirilib. Ali Məclis Sədrinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə rahat gediş­-gəlişi təmin etməklə bağlı göstərişinə uyğun olaraq may ayının 18-dən etibarən Naxçıvan-Əshabi-Kəhf-Naxçıvan marşrutu fəaliyyətə başlayıb. Yanvar ayının 10-dan etibarən Naxçıvan-Bakı-Naxçıvan marşrutunun gündüz reysləri ilə yanaşı, axşam reysləri də təşkil edilib. 2019-cu ilin 6 ayı ərzində Naxçıvandan Bakıya 386 reys edilib, 10 min 37 sərnişin daşınıb, Bakıdan Naxçıvana isə 387 reys olunub, 11 min 109 sərnişin muxtar respublikaya gəlib. Bundan əlavə, beynəlxalq sərnişindaşıma sahəsində fəaliyyət göstərən avtobusların nümunəvi xidməti də bəhs edilən dövrdə diqqət mərkəzində saxlanılıb.
Əli Hüseynəliyev bildirib ki, muxtar respublika daxilində sərnişindaşıma xidmətinin də səviyyəsi yüksəldilib, fəaliyyətdə olan 131 marşrut xəttində 313 avtobusla rayon mərkəzləri və kəndlərin hamısı mar­şrutla təmin edilib. Sərnişin və yükdaşıma fəaliyyəti göstərilməsi üçün avtonəqliyyat vasitəsi sahibləri tərəfindən 99 min 559 manat vergi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 min 933 manat çoxdur.
Sonra məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4274154
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2975
5778
27319
105512
4274154

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter