19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazir­liyində cari ilin birinci yarısının yekunlarına dair kollegiya iclasını Ekologiya və Təbii Sərvətlər naziri Mayis Əliyev açaraq məruzə ilə çıxış edib.
Bildirilib ki, cari ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində nazirlik, idarə və müəssisələr, rayon, şəhər icra hakimiyyətləri və vətəndaşlar tərəfindən, ümumilikdə, 317,2 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb. Aparılan əkin işlərində, ümumilikdə, 144 min meyvə, meşə, həmişəyaşıl, üzüm tingi, bəzək və gül kolları əkilib. Muxtar respublika ərazisində aparılan yaşıllaşdırma tədbirlərində meşə və meyvə tinglərinə, həmişə­yaşıl ağaclara olan tələbat nazirlik tərəfindən təmin edilib.
Qeyd olunub ki, torpaq-­iqlim şəraitinə uyğunlaşması, mürəkkəb relyefli ərazilərdə səmərəliliyi əsas götürülərək müəyyən sahələrdə 132 hektarda toxumla əkin aparılıb, 1200 kiloqram həmərsin, yemişan, badamça, iydə toxumları əkilib.

Diqqətə çatdırılıb ki, muxtar respublika ərazisində yaz mövsümündə 8,6 hektarı üzüm olmaqla, 105 hektar sahədə meyvə bağı, yaşıllıq zolaqları salınıb. “Ailə təsərrüfatları ili” elan edilmiş bu ilin birinci yarısında meyvə bağlarının əkilməsi ilə məşğul olan ailə təsərrüfatlarının yaradılmasına köməklik göstərilib. Əlverişli şəraitin və göstərilən dövlət qayğısının nəticəsidir ki, yeni yaradılan 13 ailə təsərrüfatı tərəfindən, ümumilikdə, 19,8 hektar sahədə meyvə və üzüm bağları salınıb.
Bildirilib ki, muxtar respublika ərazisində aparılan yaşıllaşdırma tədbirlərində meşə və meyvə ting­lərinə, həmişəyaşıl ağaclara olan tələbatın davamlı təmin edilməsi məqsədilə 2,7 hektardan çox ərazidə toxum səpini və qələm kökləndirmə işləri icra olunub, 35 min üzüm, 39 min iydə qələmləri əkilib. Mövsüm ərzində bərpa işlərinin aparılması məqsədilə 5 mindən çox dibçəkdə ting yetişdirilib. Toxum tədarükü məqsədilə 15 kiloqramdan çox tut, 500 kiloqram ərik toxumu yığılıb və aqrotexniki qaydada ­anbarlaşdırılıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birgə hazır­lanmış tədbirlər planı çərçivəsində “Ekoloji könüllülər” layihəsinə start verilib, gənclərin təbiət ərazilərinə ekskursiyaları təşkil edilib. Həmçinin startapların hazırlanması məqsədilə nazirlikdə ekspert qrupu yaradılıb, Naxçıvan Dövlət Universitetində aid ixtisas tələbələri ilə görüşlər keçirilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən kollegiya iclasını xidmətin rəisi Vəli Novruzov açıb.
Bildirilib ki, 2019-cu ilin birinci yarısında süni mayalanma tədbirləri davam etdirilib, ümumilikdə, 6750 düyə və camış süni yolla mayalandırılıb və 5095 baş sağlam bala alınıb.
Vurğulanıb ki, süni mayalanma tədbirlərinin genişləndirilməsi, mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Babək rayonu ərazisində Süni Mayalanma Mərkəzinin tikinti işləri davam etdirilir. Babək Rayon Baytarlıq İdarəsi üçün tikilən yeni inzibati binada isə son tamamlanma işləri aparılır. Şərur rayonunun Kərimbəyli kəndində yeni baytarlıq məntəqəsi və ət satışı mağazası inşa olunub.
Diqqətə çatdırılıb ki, cari ilin birinci yarısında 2956 baş cins buzova görə vətəndaşlara, ümumilikdə, 295 min 600 manat məbləğində subsidiya verilməsi təmin olunub. Ət kəsimi məntəqələrində, ümumilikdə, 2883 baş iribuynuzlu, 4876 baş xırdabuynuzlu heyvan kəsilib. Kəsilən heyvanlar üçün aparılan orqanoleptik və laborator müayinələrdən 7449,4 manat vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb. Xidmətin rəisi bildirib ki, muxtar respublikanın şəhər və rayonlarında mal-qara arasında infeksion xəstəliklərə qarşı peyvəndləmə tədbirləri aparılması nəticəsində epizootik sabit­lik qorunmaqdadır.
Diqqətə çatdırılıb ki, muxtar respublikada kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyətə malik olan arıçılıq bu il də dövlətimizin xüsusi diqqət mərkəzində saxlanılır. Belə ki, 3775 arıçı sahibkara məxsus 74 min 244 arı ailəsi qeydiyyata alınaraq onların identikləşdirilməsi təmin olunub və 742 min 440 manat subsidiya ödənilib.
Bildirilib ki, Dövlət Baytarlıq Xidmətinə hamiliyə verilən tələbələrin təcrübə keçmələri təmin edilib.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yarım ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasını giriş sözü ilə şuranın sədri Sucaxan Novruzov açaraq bildirib ki, 2019-cu ilin birinci yarısında muxtar respublikada 1173 yeni iş yeri açılıb. Bunun da 99 faizi daimi iş yerləridir. Bu dövr ərzində şuranın sıraları möhkəmlənib, yeni istifadəyə verilən müəssisələrdə ilk həmkarlar təşkilatları yaradılıb, insanlar üçün sağlam, layiqli iş şəraiti qurulub. İlk həmkarlar ittifaqları təşkilatlarının sayı ötən il 1517 idisə, bu gün həmin rəqəm 1587-yə çatıb. İttifaq üzvlərinin sayı isə 73 min 600 nəfərdən 74 min nəfərə yüksəlib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası İcraiyyə Komitəsinin 2018-ci il 11 aprel tarixli qərarı ilə şuranın tabeliyində olan ilk təşkilatlarda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə muxtar respublika baxış müsabiqəsi keçirilib. 50-dən çox təşkilatın iştirak etdiyi müsabiqənin qalibi isə Sahibkarlıq İşçiləri Həmkar­lar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin tabeliyində olan “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müsabiqənin şərtlərinə əsasən cəmiyyətin iş təcrübəsi foto və video­görün­tü­ləri ilə birlikdə Azərbaycan Həmkar­lar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin keçirdiyi respublika baxış müsabiqəsinə göndərilib. Müsabiqəyə cari ilin aprel ayının əvvəllərində yekun vurulub, “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin iş təcrübəsi birinci yerə layiq görülüb, qiymətli hədiyyə və diplomla ­mükafatlandırılıb.
Sonda çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4274093
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2914
5778
27258
105451
4274093

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter