19 İyul 2019, Cümə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində cari ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasını komitə sədri Hicran Rüstəmov açıb.
Bildirilib ki, 2019-cu ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 64 milyon 357 min manatlıq inşaat işləri yerinə yetirilib. Bunun 60 milyon 751 min manatını və ya 94,4 faizini yalnız tikinti-quraşdırma işləri təşkil edib. Təhsil sahəsində həyata keçirilmiş quruculuq tədbirlərinə uyğun olaraq cari ilin ilk yarım ilində Şərur rayonunun Kərimbəyli kəndində 270, Ordubad rayonunun Dəstə kəndində 900 şagird yerlik tam orta məktəb binalarının tikintisi, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üçün tədris binasının yenidən qurulması başa çatdırılaraq istifadəyə verilib, Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi, 1148 şagird yerlik 5 nömrəli tam orta məktəb, Şərur, Babək və Şahbuz rayonlarının bəzi kəndlərində tam orta məktəb binalarının və Ordubad rayonunun Vənənd kəndində musiqi məktəbinin, Şərur rayonunun Muğanlı kəndində, Muğancıq Mehrab kəndində, Ordubad rayonunun Vənənd kəndində tam orta məktəb binalarının tikintisi və yenidən qurulması işləri davam etdirilir. Bundan əlavə, bəhs olunan dövrdə Naxçıvan şəhərinin Əziz ­Əliyev küçəsində 2 nömrəli körpələr evi-uşaq bağçası üçün müasir bina tikilərək istifadəyə verilib, Şərur rayonunun Mərkəzi Xəstəxanasının əsaslı təmiri və rayon Uşaq Xəstəxanasının yenidən qurulması, Şərur rayonunun Kərimbəyli və Ordubad rayonunun Dəstə kənd­lərində həkim ambulatoriyası binalarının tikintisi başa çatdırılıb.

Mədəniyyət sahəsində görülmüş işlərə toxunan komitə sədri qeyd edib ki, cari ilin birinci yarısında Şahbuz Rayon Mədəniyyət Sarayının tikintisi başa çatdırılaraq istifadəyə verilib, Naxçıvan şəhərində və Ordubad rayonunun Dırnıs kəndində məscidin, Şərur Rayon Mədəniyyət Sarayının tikintisi, Naxçıvan şəhərində Cəmşid Naxçıvanski­nin ev-muzeyinin, Şərur şəhərində Təqaüdçülər Klubunun yenidən qurulması, Kəngərli rayonunun Şahtaxtı kəndində hamam binasının bərpası davam etdirilir.
Bildirilib ki, cari ildə Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəstə kəndlərində kənd mərkəzləri istifadəyə verilib, Şərur rayonunun Qışlaqabbas və Xələc kəndlərində kənd mərkəzlərinin yenidən qurulması, Alışar, Yeni Havuş, Muğancıq Mehrab, Muğanlı, Məmmədsabir, Babək rayonunun Kültəpə, Gülşənabad, Ordubad rayonunun Vənənd, Şahbuz rayonunun Türkeş kəndlərində isə kənd mərkəzlərinin tikintisi davam etdirilir. Bəhs edilən dövrdə Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəstə kəndlərində müasir xidmət mərkəzləri istifadəyə verilib. Şərur, Şahbuz rayonlarının bir sıra kəndlərində isə xidmət mərkəzlərinin tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov muxtar respublikanın hərbi və hüquq-­mühafizə orqanlarını, yol-nəqliyyat və enerji təsərrüfatlarını əhatə edən quruculuq tədbirlərindən də danışıb, işdə yol verilmiş nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən kollegiya iclasında fondun sədri Əli Quliyev çıxış edərək bildirib ki, muxtar respublika ərazisində əmək pensiyalarının düzgün təyinatı və ödənişinin aparılması, eləcə də fərdi uçot sisteminin qurulması istiqamətində 2019-cu ilin 6 ayı ərzində bir sıra işlər görülüb.
Vurğulanıb ki, hesabat dövründə müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanılması üzrə fondun xəzinə hesabına 39 milyon 16 min 200 manat vəsait daxil olub. Bu isə proqnoz üzrə nəzərdə tutulmuş 26 milyon 950 min manat vəsaitdən 12 milyon 66 min 200 manat çoxdur. Məcburi dövlət sosial sığorta haqlarının 27 milyon 65 min 470 manatı büdcə təşkilatlarının, 11 milyon 950 min 730 manatı isə qeyri-büdcə təşkilatlarının hesabına olub. Ümumilikdə isə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 53,9 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində muxtar respublikada yığılıb.
Ümumiyyətlə, 2019-cu ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xərcləri 73 milyon 427 min 537 manat icra olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 285 min 991 manat çoxdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 72 mil­yon 289 min 149 manat vəsait yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 328 min 800 manat çoxdur.
Vurğulanıb ki, 2019-cu ilin 6 ayı ərzində fondun yerli orqanları tərəfindən 582 nəfərə yaşa, 91 nəfərə əlilliyə, 217 nəfərə isə ailə başçısını itirməyə görə, ümumilikdə, 890 nəfərə əmək pensiyası təyin edilib.
Əvvəlki dövrlərdə olduğu kimi, 2019-cu ilin 6 ayı ərzində də əmək pensiyalarının plastik bankomat kartları ilə ödənilməsi üçün müvafiq işlər davam etdirilib. Görülmüş tədbirlərin davamı olaraq cari ilin ilk 6 ayı ərzində muxtar respublika üzrə kənd yerlərində yaşayan daha 120 əmək pensiyaçısının istəkləri nəzərə alınmaqla, onların pensiyaları poçt bölmələri vasitəsilə ödənilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4274070
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2891
5778
27235
105428
4274070

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter