14 Dekabr 2019, Şənbə

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən iclasını idarənin sədri Elvin Axundov açaraq məruzə edib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 iyul 2019-cu il tarixə muxtar respublikanın iqtisadiyyatına yönəldilən kredit qoyuluşu 124 milyon 528 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 4 milyon 626 min manat, uzunmüddətli kredit qoyuluşu isə 119 milyon 902 min manat təşkil edir. Kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon 984 min manat artıb.
Mərkəzi Bankın kreditləşmədə əsas məqsədi aqrar sektorun inkişafı, ixraca yardım və daxili bazarın müdafiəsi, kiçik və orta sahibkarlığın inkişafına nail olmaqdır. Eyni zamanda muxtar respublika əhalisinə verilmiş 41 milyon 35 min manat məbləğində şəxsi istehlak kreditləri, daşınmaz əmlak alınması üçün 15 milyon 545 min manat məbləğində verilmiş ipoteka kreditləri vasitəsilə vətəndaşların şəraitinin yaxşılaşdırılması ilə bərabər real sektor da dəstəklənib.
Vurğulanıb ki, kredit təşkilatları tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində 115 fiziki və hüquqi şəxsə 143 olmaqla, 3 milyon 379 min manat dəyərində lizinqə verilmiş kənd təsərrüfatı texnikası üzrə lizinq xidməti göstərilib.
Qeyd olunub ki, banklar tərəfindən 1 iyul 2019-cu il tarixə 81 min 855 müştəriyə xidmət göstərilib. Xidmət olunan hesabların 72 min 483-ü işlək hesab olub. Bəhs olunan dövrdə 13 min 460 müştəriyə yeni bank hesabı açılıb. Həmin hesabların 13 min 412-si fəaliyyət göstərir.

Diqqətə çatdırılıb ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində POS-terminallar və digər ödəniş vasitələri ilə aparılan nağdsız əməliyyatların həcmi 20 milyon 363 min manat olub.
1 iyul 2019-cu il tarixə, ümumilikdə, 111 ədəd bankomat quraşdırılıb.
Elvin Axundov bildirib ki, gələcək dövrlərdə də muxtar respublikada fəaliyyət göstərən bütün bank qurumları qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirməklə elektron ödəniş məkanının formalaşdırılması, nağd pul kütləsinin bank dövriyyəsinə cəlb edilməsi, kredit portfelinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, verilən kreditlərin daha çox real sektora istiqamətləndirilməsi və təyinatına uyğun istifadəsinə nəzarət, pul dövriyyəsinin təşkilinin daha da müasirləşdirilməsi, nağdsız hesablaşmaların miqyasının artırılması, yeni bank xidmətlərinin yaradılması prioritet sahə kimi nəzarətdə saxlanılaraq icrası təmin ediləcəkdir.
Məruzə ətrafında çıxışlar olub.


Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR