20 Avqust 2019, Çərşənbə axşamı

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Şura iclasında Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının yaranmasının 15-ci ildönümü qeyd olunub, 2019-cu ilin birinci yarım ilinin yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Qıvraq qəsəbəsində ucaldılmış əzəmətli abidəsini ziyarət edib, abidə önünə tər qərənfillər düzüblər.
Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, bu il ümummilli lider Heydər Əliyevin ölkə­mizə rəhbərliyə gəlişinin 50 illiyi tamam oldu. Ulu öndərin 1969-cu ilin 14 iyulunda hakimiyyətə gəlişi Azərbaycanın tarixində yeni səhifə açdı. 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli liderimiz bugünkü müasir, müstəqil Azərbaycan dövlətini məhz ölkəmizə rəhbərliyinin birinci dövründə yaradılan təməl üzərində qurub.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gündən-günə gözəlləşən, yeniləşən muxtar respublikamız da məhz Heydər Əliyev ideyalarından güc alaraq özünün yeni inkişaf mərhələsini yaşayır.
Diqqətə çatdırılıb ki, diyarımızın ən gənc rayonu olan bu rayon da müstəqil Azərbaycanın bəhrəsi kimi həyata keçirilən siyasətin məzmununu özündə əks etdirir. Bu il yaradılmasının 15 illiyi tamam olan Kəngərli rayonu ötən illər ərzində böyük inkişaf yolu keçib. Aparılan abadlıq-­quruculuq tədbirləri bütün yaşayış məntəqələrinin simasını tamamilə dəyişib.
Sevda Quliyeva vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı 2004-cü il iyulun 17-də təsis edilib. Bu gün təşkilatın yaradılmasının 15 ili tamam olur. O zaman Şərur və Babək rayonlarının yaşayış məntəqələrindən Kəngərli rayonuna verilmiş 11 kənddə 20 Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı fəaliyyət göstərirdi ki, bu təşkilatlarda, ümumilikdə, 1215 nəfər partiya üzvü birləşirdi. Partiyanın rayon təşkilatı qısa vaxt ərzində böyük inkişaf və təşkilatlanma yolu keçərək hazırda 30 ərazi ilk partiya təşkilatında birləşən 3 min 184 nəfər partiya üzvündən, o cümlədən 1305 qadın, 1094 gəncdən ibarətdir. 2019-cu ilin birinci yarım ilində təşkilatın sıralarına 37 nəfər üzv qəbul edilib, bunlardan 22-si qadın, 32-si isə gəncdir.
Bildirilib ki, partiyanın rayon təşkilatı öz fəaliyyətini Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramına, təşkilatın müəyyən olunmuş müvafiq iş planına və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının tələblərinə uyğun qurub.
2019-cu ilin birinci yarım ilində təşkilatın 2 şura iclası, 5 idarə heyəti yığıncağı keçirilib. Partiya yığıncaqlarında görülən işlərin hesabatı dinlənilib, işin keyfiyyətinin artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Rayonda tikilən kənd mərkəzlərində partiyanın ərazi ilk təşkilatları üçün hər cür şəraiti olan iş otaqlarının ayrılması bu təşkilatların aktiv fəaliyyətinə geniş imkanlar yaradıb.
Rayonda həyata keçirilən müxtəlif tədbirlərdə partiya üzvlərinin aktiv iştirakından bəhs edən Sevda Quliyeva
yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib. Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı, təşkilatın şura və idarə heyətlərinin üzvü Kamal Ələkbərov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxış edərək Kəngərli Rayon Təşkilatının fəaliyyət göstərdiyi illər ərzində keçdiyi inkişaf yolundan danışıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2004-cü ildə Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında Qanun imzalayıb. Həmin qanuna əsasən Kəngərli rayonunun yaradılmasından sonra partiya nizamnaməsinə uyğun olaraq Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının təsis edilməsi işinə başlanılıb. Təşkilat ötən 15 il ərzində rayonun ­ictimai-siyasi və sosial həyatında fəal iştirak edib.
Sonra partiyanın sıralarına yeni qəbul olmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib, partiya veteranlarına ­hədiyyələr verilib.

Babək İSMAYILOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4462344
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2381
2919
5300
126385
4462344

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter