18 Sentyabr 2019, Çərşənbə

Müəllimin səriştəli bir mütəxəssis kimi yetişməsində ixtisasartırma kurslarının, treninqlərin, elmi-praktik konfrans və seminarların müstəsna rolu vardır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin yaradıcılıq potensialının yüksəldilməsi, təlim prosesində onların əyanilikdən, o cümlədən elektron lövhələrdən, laboratoriyalardan daha da səmərəli istifadələrini təmin etmək, müəllimlər arasında fikir, təcrübə və ideya mübadiləsinə şərait yaratmaq məqsədilə təlim kursları keçirilir. 

Bu tədbirlərin davamı olaraq dünən Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə ingilis dili müəllimləri üçün “İngilis dili fənninin tədrisində interaktiv təlim, üsul və vasitələrindən istifadənin təkmilləşdirilməsi” mövzusunda seminara start verilib.
Seminarın keçirilməsində məqsəd buraxılış siniflərində ingilis dili fənnini tədris edəcək müəllimlərə dinləmə mətnlərinin tədrisinin, yeni təlim metodları və təlim texnologiyalarından istifadənin tətbiqinin təkmilləşdirilməsidir.
Seminara Naxçıvan şəhəri üzrə 58, Babək rayonu üzrə 50, Heydər Əliyev adına Hərbi Liseydən 9 olmaqla, ümumilikdə, 117 ingilis dili müəllimi cəlb edilib. Seminar dərsliklərin, dərs vəsait­lərinin və digər tədris vasitələrinin elmi-­metodik monitorinq qrupunun eksperti, “İngilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi və sertifikasiyası layihəsi” çərçivəsində “Gələcək üçün təhsil” proqramı üzrə təlimçi Pərvanə ­Talıbova tərəfindən aparılır.
Təlim kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, ayrı-ayrı fənlər üzrə çətin mövzular ətrafında təhlillərin təşkilinə dair qabaqcıl təcrübənin öyrənilməsi həyata keçiriləcək, müəllimlərin bacarıqlarının artırılmasına köməklik göstəriləcəkdir.
Müəllimlər seminarda qazandıqları təcrübələri ilə fəaliyyətlərini müasir tələblərə uyğun daha da təkmilləşdirəcək, muxtar respublikamızın ümumtəhsil məktəblərində İngilis dilinin yüksək səviyyədə tədrisi təmin olunacaq.
Qeyd edək ki, seminar hər gün 3 saat olmaqla, sentyabrın 13-dək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR