21 Avqust 2019, Çərşənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada torpaq istifadəçiliyi sahəsində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və elektron kadastr məlumat bazasının təkmilləşdirilməsi iyul ayında da diqqətdə saxlanılmışdır.
Ötən ay 22 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınmışdır.
Kəngərli rayonunda daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılmış, Şahbuz rayonunda planaalma işlərinə başlanılmışdır. Ay ərzində 1519 daşınmaz əmlak obyekti plana alınmışdır. Şahbuz rayonunda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir. Şahbuz rayonunun Ağbulaq, Gömür və Biçənək bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanmış və torpaqların növləri üzrə uçotu aparılmışdır. Babək rayonunun Məzrə və Zeynəddin kəndlərində keçirilmiş monitorinqlər nəticəsində aşkar olunmuş torpaqlardan qanunsuz istifadə faktlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir.
İyul ayında 525 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınmış, 408 texniki sənəd hazırlanmış, yeni yaranmış 75 daşınmaz əmlak obyektinə ünvan verilmişdir. Komitənin səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 58 vətəndaşın müraciətinə baxılmış, 61 vətəndaşa elektron xidmətlər göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak
və Torpaq Məsələləri üzrə Dövlət
Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4466434
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
910
5561
9390
130475
4466434

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter