21 Avqust 2019, Çərşənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının gömrük xidməti nümayəndələri arasında görüş keçirilib. Şahtaxtı Gömrük İdarəsində təşkil olunan görüşdə İranın Yol təşkilatının nümayəndələri də iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli ölkələrimiz arasında tarixi-mədəni əlaqələrin, eləcə də qarşılıqlı əməkdaşlığa əsaslanan iqtisadi-ticari münasibətlərin önəmini qeyd ediblər.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci ilin dekabr ayında Tehrana rəsmi səfərindən sonra ikitərəfli münasibətlər, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Muxtar respublikamızda gömrük və yol infrastrukturunun müasir şəkildə qurulduğunu, bütün sahələrdə inkişafın təmin olunduğunu qeyd edən komitə sədri Naxçıvanın tranzit potensialını önə çəkib. Vurğulanıb ki, gömrük xidməti nümayəndələri arasında vaxtaşırı görüşlərin keçirilməsi qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verir.
İran gömrük xidməti nümayəndə heyətinin rəhbəri, Gömrük Administrasiyasının Beynəlxalq Əməkdaşlıq Ofisinin baş direktoru Hüseyn Kaxki və Yol Təşkilatının Tranzit və Beynəlxalq Daşımalar Ofisinin baş direktoru Mənüçöhür Salmanzadə ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin gömrük işi sahəsini də əhatə etdiyini, qarşılıqlı əlaqələrin gediş-gəlişin və ticarət həcminin artmasına, prosedurların sadələşdirilməsinə və sürətləndirilməsinə imkan yaratdığını önə çəkiblər.

Tərəflər Culfa-Culfa gömrük sərhəd-buraxılış məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsinin, Şahtaxtı-Poldəşt gömrük sərhəd-buraxılış məntəqəsinin iş vaxtının 16 saata çatdırılmasının, Bakı-Naxçıvan-Bakı marşrut avtobuslarına tətbiq olunan gömrük nəzarətinin tam sadələşdirilməsinin münasibətlərin əyani göstərici olduğunu və insanların rahatlığına xidmət etdiyini qeyd ediblər.
Görüşdə Naxçıvan Muxtar Respublikasının tranzit potensialından maksimum istifadə, muxtar respublikadan Azərbaycan Respublikasının əsas ərazi vahidinə və əks-istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin keçidi üçün prosedurların asanlaşdırılması və sadələşdirilməsi, diri heyvanların nəql olunması, o cümlədən gömrük işi sahəsində qarşıya çıxan digər vacib məsələlər müzakirə olunub. Görüş qarşılıqlı razılaşmaların əldə olunması baxımından əhəmiyyətli və səmərəli olub.
Şərqi Azərbaycan Gömrüklərinin rəisi, Təbriz Gömrüyünün baş direktoru xanım Orəngi və Qərbi Azərbaycan Gömrüklərinin rəisi, Urmiya Gömrüyünün baş direktoru Bərkabian göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edərək müzakirə olunan məsələlərin önəmini və müştərək görüşlərin əhəmiyyətini qeyd ediblər.
Sonra xatirə hədiyyələri təqdim olunub. Qonaqlar Şahtaxtı gömrük sərhəd-buraxılış məntəqəsinin modern infrastrukturu və maddi-­texniki bazası ilə tanış olub, müasir rentgen-nəzarət qurğularının iş prinsipi ilə maraqlanıblar.

Rahil TAHİRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4466433
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
909
5561
9389
130474
4466433

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter