19 Oktyabr 2019, Şənbə

Muxtar respublikamızın sürətli sosial­-iqtisadi inkişafı davamlı xarakter alıb. Bunun başlıca səbəblərindən biri bütün sahələrlə yanaşı, kənd təsərrüfatının inkişafına yaradılan münbit şərait, torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına göstərilən dəstəkdir. Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkil olunması, istehsal edilən məhsulların satışına hərtərəfli şəraitin yaradılması da bunun ifadəsidir.
Ötən şənbə günü Naxçıvan şəhərində təşkil edilən növbəti yarmarkaya gələnlərin ardı-arası kəsilmirdi. Sakinlərin razılığını yarmarkaya üz tutanların çöhrələrindən də duymaq çətin deyildi. Çünki insanlar keyfiyyəti ilə seçilən yerli məhsulları buradan ucuz qiymətə ala bilirdilər.
Qeyd edək ki, növbəti yarmarkada Şərur, Şahbuz, Sədərək və digər rayonların ailə təsərrüfatçıları tərəfindən çıxarılan məhsullar çoxluq təşkil edib. Yarmarkaya 24 istehsal müəssisəsi tərəfindən 78 növdə, 271 çeşiddə 32 ton yerli məhsul çıxarılıb.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR