21 Avqust 2019, Çərşənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

12 avqust – Beynəlxalq Gənclər Günü ilə əlaqədar Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” turistik istirahət mərkəzində fəaliyyət göstərən “Batumi” restoranında gənclərlə görüş keçirilib.

Əvvəlcə gənclərə “Cinema­plus”da Naxçıvan televiziyasının hazırladığı qısametrajlı film nümayiş etdirilib. Daha sonra isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Canməmməd Canməmmədov çıxış edərək gənclərə muxtar respublikada aparılan gənclər siyasəti və fiziki imkanları məhdud yeniyetmə və gənclər üçün yaradılan şərait haqqında məlumat veriblər.
Bildirilib ki, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda 12 avqustun Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin gündən etibarən Azərbaycanda da bu gün hər il qeyd olunur.

55 gəncin iştirakı ilə keçirilən görüşdə gənclər üçün çay süfrəsi təşkil olunub.
Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər Fondunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə ­keçirilib.

Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4466439
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
915
5561
9395
130480
4466439

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter