17 Sentyabr 2019, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2018-2019-cu tədris ilində məktəbi xüsusi nailiyyətlərlə başa vuran məzunlara qızıl və gümüş medalların təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş medallarla təltif olunan məzunları təbrik edərək muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışıb. Bildirib ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi istifadəyə verilib, onların maddi-texniki bazası möhkəmləndirilib, məktəblər ən müasir informasiya texnologiyaları, o cümlədən kompüter və elektron lövhələr ilə təchiz olunub.
Muxtar respublikada elektron təhsilin tətbiqi, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılması, tədrisin əyaniliyi və səmərəliliyinin artırılması da diqqətdə saxlanılıb. Bunun nəticəsidir ki, 2018-2019-cu tədris ili üzrə məzunların 281-i imtahanlarda daha yüksək nəticə göstərərək 500-700 arası bal toplayıb.

Vurğulanıb ki, bu il muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 13-ü qızıl, 16-sı gümüş medala, 45-i isə fərqlənmə attestatına layiq görülüb. Həmin məzunlar onlara göstərilən etimadı doğruldub. Belə ki, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında qızıl medala layiq görülən məzunların hamısı 600-dən yuxarı, gümüş medala layiq görülən məzunlar isə 500-700 arası bal toplayıblar. Həmin məzunlar tədris müddəti keçirilən fənn olimpiadalarında da yüksək nəticələr əldə edib, qızıl medala layiq görülənlərdən 9-u, gümüş medala layiq görülənlərdən isə 5-i respublika fənn olimpiadasının qalibi olub.
Təqdimat mərasimində Babək Rayon Təhsil Şöbəsinin müdiri Həsən Zeynalov və Şərur Şə­hər Fizika-­Riyaziyyat Təmayüllü Li­­­seyin məzunu Daşqın Xudiyev çıxış edərək yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnət­darlıqlarını bildiriblər.
Sonra ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən məzunlara medallar təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2019
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR