21 Avqust 2019, Çərşənbə

 

ARXİV

Avqust 2019
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Rzayev Qürbət İsmayıl oğlu 2019-cu il avqustun 9-da vəfat etmişdir.
Qürbət Rzayev 1941-ci ildə Qazaxıstan Respublikasının Taldı­-Kurqan vilayətinin Kirovski rayonunun Kirov kəndində anadan olmuşdur. 1949-1960-cı illərdə Qazaxıstanın Kirov rayonunda orta məktəbdə təhsil almış, 1960-1961-ci illərdə Aza kənd məktəbində orta təhsilini başa vurmuşdur. 1962-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun qiyabi şöbəsinə qəbul olunmuş, həmin ildən Ordubad rayonunun Sabirkənd orta məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. O, 1967-ci ildə Sabirkənd orta məktəbinin tədris işləri üzrə direktor müavini, 1968-1972-ci illərdə həmin məktəbin direktoru, 1972-1996-cı illərdə Sabirkənd orta məktəbində rus dili müəllimi, 1996-1999-cu illərdə Ordubad Rayon Təhsil Şöbəsinin müdiri vəzifələrində işləmişdir.

1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Qürbət Rzayev 1999-cu ildən ömrünün sonuna qədər Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatının sədri vəzifəsində işləmiş, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmişdir. Əməyi dövlətimiz tərəfindən qiymətləndirilmiş, “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanına layiq görülmüşdür.
Qürbət Rzayevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!

Naxçıvan Muxtar Respublikası Ali Məclisi

Yeni Azərbaycan Partiyası
Naxçıvan Muxtar Respublika Təşkilatı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4466446
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
922
5561
9402
130487
4466446

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter