26 Fevral 2020, Çərşənbə

Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələri ilə mütəxəssis toplantısı keçirilib. Toplantının sonunda SPQ-9 tank əleyhinə dəzgahlı qumbaraatanlardan döyüş atışları icra edilib. Əsas məqsəd şəxsi heyətin və tank əleyhinə vasitələrin döyüş və döyüşə hazırlığının yoxlanılması olub.

* * *

Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı istehkamçı” və “Ən yaxşı istehkamçı-kəşfiyyatçı” adı uğrunda yarış keçirilib. Yarışa cəlb olunan mühəndis silahlanma vasitələrinə baxıldıqdan sonra əsgərlərə təhlükəsizlik qaydaları, yarışın məqsəd və mahiyyəti çatdırılıb. Yarışda mühəndis-istehkam ixtisaslı əsgərlər piyada əleyhinə fuqastipli və piyada əleyhinə idarəolunan tək minanın qurulması, ağac konstruksiyalı elementin ­hesabatının aparılaraq partladılması üsullarını praktik yerinə yetiriblər. Praktik hissədən sonra yarış iştirakçılarının nəzəri bilikləri test üsulu ilə yoxlanılıb.
Sonda qaliblər komandanlıq tərəfindən mükafatlandırılıblar.

Nəriman NƏCƏFOV

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR