21 Sentyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Azərbaycançılıq dövlət sərhədləri və ya milli sərhədlər daxilində yaşayıb-yaşamamasından asılı olmayaraq, hər bir azərbaycanlını vahid milli məqsədlər uğrunda birləşdirə biləcək yeganə ümummilli ideyadır. Azərbaycançılıq milli-mədəni düşüncə sistemindən ümummilli ideyaya, ümummilli ideyadan isə dövlətçilik fəlsəfəsinə qədər olan böyük bir təkamül yolu keçmiş ümummilli dövlətçilik ideologiyasıdır. Milli ideologiya isə, hər şeydən əvvəl, vətəndaş həmrəyliyini, ümummilli həmrəyliyi və ictimai ahəngdarlığı təmin etməlidir. Bu mənada Azərbaycançılıq ideologiyası bu gün sosial, siyasi, əqidə mənsubiyyətindən asılı olmaya­raq, hər bir azərbaycanlını ümummilli məqsədlərə xidmət yolunda birləşdirir.
Azərbaycançılıq milli məfkurə – fikir sistemi kimi Azərbaycan adlı coğrafi məkanda yaşayan insanlar tərəfindən əsrlər boyu formalaşdırılmışdır. Bu mənada Azərbaycançılıq öz inkişaf tarixində 3 əsas mərhələdən keçmişdir.
Birinci mərhələdə Azərbaycançılıq milli-mədəni düşüncə sistemi kimi formalaşmış, özünü, əsasən, xalqımızın mədəni-kulturoloji sisteminin tərkib hissəsi kimi büruzə vermişdir. Milli-mədəni düşüncə sistemi kimi Azərbaycançılıq XIX əsrdə yaşayıb-yaradan milli məfkurəli ziyalıların, xüsusilə Məhəmmədağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə kimi publisist və yazıçıların əsərlərində öz əksini tapmışdır.

XX əsrin əvvəllərində isə Azərbaycançılıq öz tarixi inkişafında ikinci mərhələyə – milli ideya mərhələsinə yüksəlmişdir. XX əsrin əvvəllərində baş verən ictimai-siyasi proseslər və Azərbaycan xalqının milli iradəsinin nəticəsi kimi meydana çıxan Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq milli ideya kimi formalaşmağa başlamış, onun 3 əsas xətti müəyyənləşdirilmiş və müəyyənləşdirilən əsaslar öz əksini Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağında tapmışdır. Bir məsələni qeyd etmək lazımdır ki, 1920-ci ildə milli dövlətçiliyimizin süquta uğradılmasına, sovet dövründə Azərbaycan xalqının milli məfkurədən uzaqlaşdırılmaq cəhdlərinə, milli ideyanın əsas daşıyıcıları olan ziyalılara qarşı təqib və repressiya siyasətinin aparılmasına baxmayaraq, Azərbaycançılıq milli ideya kimi aradan qalxmamışdır. XX əsrin 60-cı illərindən Sovet Sosialist Respublikaları İttifaqının süqutuna qədərki dövrdə isə Azərbaycançılıq milli ideya kimi böyük inkişaf yolu keçmişdir. 1969-cu ildə siyasi hakimiyyətə gələn Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli ideya daşıyıcıları olan ziyalılarımızın təqiblərdən qorunması və Azərbaycançılığın ən yüksək səviyyəyə – dövlətçilik ideologiyası səviyyəsinə yüksəldilməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. 
Sovet İttifaqının süqutundan sonra müstəqilliyin ilk illərində Azərbaycanın düşdüyü ağır ictimai-siyasi vəziyyət və böhranlı iqtisadi durum ölkənin müxtəlif ideologiyalar üçün tədqiqat laboratoriyasına çevrilməsi ilə nəticələnmiş, yayılan ideya və ideologiyalar əksər hallarda regionda nüfuz mübarizəsi aparan dövlətlərin marağına xidmət etmişdir. Ultra-millətçi, ultra-dinçi, ultra-təriqətçi ideologiyaların xalq kütlələrinə “sırınması” nəticəsində Azərbaycan parçalanmaq və milli müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdır. 1990-cı ildə Naxçıvanda yenidən siyasi fəaliyyətə başlayan xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın parçalanmaq və müstəqilliyini itirmək təhlükəsinin qarşısının alınması üçün hələ o zaman əməli addımlar atmışdır. Təsadüfi deyildir ki, 1990-cı il noyabr ayının 17-də ümummilli liderin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin sessiya­sında qəbul edilən ən mühüm qərarlardan biri Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan, Azərbaycançılığın rəmzi olan üçrəngli dövlət bayrağının bərpası haqqında qərar olmuşdur. 1991-ci il dekabr ayının 16-da isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyini ifadə edən bir günün təsis olunmasına, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilməsinə nail olmuşdur.
1993-cü ildə Azərbaycanın parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı ağır bir dövrdə ikinci dəfə siyasi olimpin zirvəsinə yüksələn böyük dövlət xadimi Heydər Əliyev ölkəni parçalanmaq, məhv olmaq təhlükəsindən qurtarmış, Azərbaycançılığı nəinki Azərbaycan dövlətinin dövlətçilik konsepsiyasına, hətta bütün dünyada yaşayan azərbaycanlıların ümummilli ideologiyası səviyyəsinə yüksəldə bilmişdir. Elə məhz bu amil də onun adının BÜTÜN DÖVRLƏRİN ƏN BÖYÜK AZƏRBAYCANLISI kimi tarixə yazılmasına səbəb olmuşdur. Məfkurə olaraq meydana çıxandan bəri həmişə istər ədəbi, istər romantik siyasi təsəvvürlərin tərənnüm obyekti olmaqdan o yana keçməyən Azərbaycançılıq ideallarını bir millətin müqəddəratını təyin edəcək qədər rəsmi statusa – ümummilli ideologiyaya çevirən məhz xalqımızın böyük oğlu Heydər Əliyev olmuşdur. Ümummilli lider Heydər Əliyevin banisi olduğu ümummilli ideologiya – Azərbaycançılıq milli dövlət maraqlarını təmin etməklə bərabər, həm də milli həmrəyliyi təmin edərək ictimai ahəngdarlığı qoruyan mexanizmə çevrilmişdir. Yalnız bundan sonra Azərbaycan milləti müxtəlif növ qrup mənafelərindən xilas olmağı bacarmış və ümummilli ideologiyanı, Azərbaycançılıq ideologiyasını mənimsəyərək inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycançılığı ümummilli ideologiya səviyyəsinə yüksəldən, yeni, müstəqil və dinamik inkişaf edən Azərbaycan dövlətinin memarının Azərbaycanı və Azərbaycançılığı bizə əmanət edərkən dediyi sözləri xatırlamaq isə, düşünürəm ki, hər birimizə ümummilli vəzifələrimizi bir daha xatırladar. Dahi öndər deyirdi: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inte­qrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.


Elnur KƏLBİZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3046309
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2070
5665
23541
97640
3046309

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter