13 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Məşhur alman filosoflarından birinin belə bir fikri var: “Dahilik dahiyanə bir iş görməyi, həlli qeyri-mümkün görünən vəzifənin öhdəsindən gəlməyi bacarmaqdır”. Elə şəxsiyyətlər, dövlət xadimləri olmuşdur ki, onlar öz ölkəsinin, öz millətinin taleyində müstəsna xidmətlər göstərmişlər. Dərin zəkası, əməli fəaliyyəti ilə Azərbaycanımızın müstəqilliyinə əbədi möhür vuran ulu öndər Heydər Əliyev böyük tarixi missiyası ilə öz doğma yurdunu qəlbən sevən hər bir azərbaycanlının qəlbində əbədi və sönməz Günəşə çevrilmişdir.
Dünyada fenomen şəxsiyyət kimi tanınan görkəmli dövlət xadimi Heydər Əliyev zəkasının qüdrəti ilə bir insan ömrünə sığmayan işlər görmüş və ölkəmizin müstəqilliyini hər cür təhlükədən, bəladan xilas etmişdir. Fırtınalar qoynunda qalmış Azərbaycan adlı dövlət gəmisini hadisələrin girdabından qurtarmaqla dahi rəhbər dünya azərbaycanlılarının qəlbində əbədiləşmişdir.
Ümummilli lider Heydər Əliyev Azərbaycanda xüsusilə elm, təhsil və mədəniyyət adamlarının əməyi­nin qiymətləndirilməsinə hər zaman diqqət göstərmişdir. Azərbaycana rəhbərliyinin birinci dövründə xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın mədəniyyətini, tarixini, dilini, coğrafiyasını tədqiq edən alimlər ordusunun formalaşmasına nail olmuşdur. Bununla xalqımıza məxsus milli dəyərlərimiz, adət-ənənələrimiz keçmiş Sovetlər İttifaqında obyektiv şəkildə, olduğu kimi tanıdılmağa başlanmışdır. Bu həm də Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış müdrik bir addım idi.

Ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə ziyalılarımızın, mədəniyyət işçilərimizin fəaliyyətini yüksək qiymətləndirmiş, onları müxtəlif fəxri adlarla təltif etmişdir. Dahi rəhbər yaxşı bilirdi ki, xalqın gələcək azadlığını, onun öz tarixi və mədəniyyəti üstündə köklənməsini məhz ziyalı təbəqənin köməyi ilə təmin etmək mümkündür. Bu baxımdan görkəmli dövlət xadimi Heydər Əliyev ziyalılarla görüşündə dilimizin, tariximizin, mədəniyyətimizin, ümumiyyətlə, xalqımıza məxsus bütün dəyərlərin milli zəmində araşdırılmasını onlara məsləhət görürdü. 
Xalqımızın ümummilli liderinin “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir” ideyası cəmiyyətdə və şüurlarda yeni inkişaf meyilləri formalaşdırmaqla hər bir Vətən övladının fəaliyyətinin əsas istiqamətini müəyyənləşdirmişdir. Dahi rəhbər xalqa, onun dövlətçiliyinə xidmət etməyi ümumxalq işinə çevirmişdir.
Azərbaycançılıq ideologiyasının yaradıcısı olan ulu öndər Heydər Əliyev bu ideologiyanın xüsusilə gənclər tərəfindən mənimsənilməsinə, onların əməli işlərinə çevrilməsinə çalışırdı. Çünki hər hansı bir cəmiyyətin inkişafı aparıcı qüvvə olan gəncliyin necə tərbiyə olunmasından, hansı ideyalarla silahlanmasından asılıdır. Bu mənada müdrik rəhbər Azərbaycançılıq ideologiyasının həyata keçirilməsində gənclərin fəallığını istəyirdi. Əlbəttə ki, bu fəallıqda ziyalı təbəqənin də rolu az deyil. Belə ki, Azərbaycançılıq ideologiyasının mənimsənilməsi, gənc­lərin bu ruhda tərbiyə edilməsi bilavasitə ziyalıların üzərinə düşən vəzifələrdəndir.
Dərin və hərtərəfli bilik, siyasət elminin incəliklərinə bələdlik, güclü məntiq, unikal yaddaş, böyük əməksevərlik, tələbkarlıq, obyektivlik və fədakarlıq, ən başlıcası isə insanlara, xalqına sonsuz məhəbbət mücəssəməsinə çevrilmiş dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti hamımız üçün zəngin nümunə mənbəyidir.
Zəngin dəyərlər xəzinəmiz olan tarixi yaddaşımız və milli kökümüz bizim qürurumuzdur. Dahi rəhbər bu mənəvi, əxlaqi, mədəni və sosial dəyərlərə misilsiz qayğı ilə yanaşaraq hər birimizə millətə bağlılıq, Vətənə sevgi nümunəsi göstərmişdir. Vətən sevgisi millət sevgisi ilə bağlıdır. Millət sevgisi milli qürurla bağlıdır. Milli qüruru olmayandan əsl Vətən övladı ola bilməz. Xalqımızın böyük oğlu Heydər Əliyev əməli fəaliyyəti, müdrik uzaqgörənliyi ilə milli qüruru, milli şüuru bizə təlqin etmişdir.
Ulu öndərin qüdrətli dövlətçilik siyasəti ilə biz gənclərə əmanət qoyduğu müstəqilliyimizlə qürur duyur və bu müstəqilliyi bizə bəxş etmiş dahi şəxsiyyəti daim ehtiramla yad edirik.

 

Günel ƏLƏKBƏRLİ
Şahbuz rayonu, Kükü kənd tam orta məktəbinin VIII sinif şagirdi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3267885
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1627
4027
5654
52531
3267885

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter