20 Oktyabr 2019, Bazar

Bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Naxçıvan-95” devizi altında gənc rəssamların açıq havada pleneri keçirilib. “Saat Meydanı” turistik istirahət mərkəzində keçirilən sərgidə Naxçıvan" Universitetinin İdarəetmə fakültəsinin "Mühasibat uçotu və audit" ixtisasının 2-ci kurs tələbəsi Həsənli Məhəmməd I yerin, Xarici Dillər fakültəsinin "İngilis dili Müəllimliyi" ixtisasının 3-cü kurs tələbəsi Xudiyev Cəlil II yerin qalibi olub.

Qeyd edək ki, sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Texniki Kollecinin tələbələrindən ibarət 20 gənc rəssam mübarizə aparıb.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR