20 Oktyabr 2019, Bazar

Astronomlar “21/Borisov” adlı nəhəng planetlərarası kometanın quyruğunda sianid molekulları, karbon və azot qazları birləşmələri aşkar ediblər. Bu göy cisminin tullantılarının analizi onun nüvəsinin ölçüsünü müəyyən etməyə imkan verir.

İsaak Nyuton adına Teleskoplar Qrupunun mətbuat xidmətinin məlumatına görə, arXiv.org elmi portalında dərc olunmuş məqalədə tədqiqatın nəticələri təfsilatı ilə əks olunub. Böyük Britaniyanın Belfast Universitetinin alimi Alan Fitsimmons qeyd edib ki, ilk dəfə ulduzlararası obyektin tərkibini öyrənmək və onu Günəş sisteminin hüdudlarında yerləşən kometalarla müqayisə etmək mümkün olub. Açıq kosmosdan gələn ikinci “qonaq” və ilk ulduzlararası kometaya onu kəşf edən astronom Gennadi Borisovun adı verilib. Alim bu göy cisminin orbitini ölçərək belə qənaətə gəlib ki, o, Qalaktikanın ulduzlarının arasındakı boşluqdan Günəş sisteminə düşüb.

Astronomlar müəyyən ediblər ki, kometanın nüvəsinin diametri 5-20 kilometrdir və o, saniyədə 30 kilometr sürətlə hərəkət edir. Dekabr ayında bu kosmik obyekt Günəşə daha çox yaxınlaşacaq. Onu adi gözlə görmək mümkün deyil, lakin həmin vaxt hətta həvəskar teleskopların sahibləri də ona baxa biləcəklər. Bundan əvvəl kəşf olunmuş “11/Oumuamua” asteroidindən fərqli olaraq, “21/Borisov” kometasını Yerə və Günəsə yaxınlaşmazdan əvvəl aşkar ediblər. Bu, alimlərə onun gəlişinə hazırlıq görməyə və detalları aydınlaşdırmağa imkan verib.

Alan Fitsimmons əlavə edib ki, artıq kometanın kimyəvi tərkibi ilə bağlı ilk məlumatlar əldə edilib. Onu tədqiq etmək üçün alimlər Kanar adalarında quraşdırılmış Uilyam Herşel adına 4,2 metrlik teleskopdan istifadə ediblər. Yerdən çox uzaq məsafədə yerləşdiyi üçün təkcə kometanın quyruğundakı sianid maddəsini müəyyən etmək mümkün olub. Alimlər hesab edirlər ki, bu maddə kometanın üzərindəki buz təbəqəsinin əriməsi və onun içərisindəki sinil turşusunun parçalanması nəticəsində meydana gəlib. Onlar bildiriblər ki, yeni gör cismi Yer kürəsi və Marsa tez-tez yaxınlaşan Lavcoya, Saydinq-Sprinq və Çuryumova-Gerasimenko kometalarının bənzəridir.

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR