23 Oktyabr 2019, Çərşənbə

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının Şura iclasında 2019-cu ilin doqquz ayının yekunları müzakirə edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
İclası giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva açaraq məruzə ilə çıxış edib. Bildirib ki, bu il müstəqil Azərbaycan Respublikasının ictimai-­siyasi həyatında mühüm yer tutan Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü tamam olur. Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçən bu partiyanın uğurlu siyasi fəaliyyətinin nəticəsidir ki, Kəngərli rayonu da ötən illərdə böyük inkişaf yolu keçib. Müstəqilliyimizin bəhrəsi olan bu gənc rayonda yaradıldığı dövrdən keçən 15 il ərzində bütün yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb, abad yollar salınıb. Həyata keçirilən yeni infrastruktur layihələr hesabına əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, işsizliyin aradan qaldırılması, güzəranlarının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.

Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının 30 ərazi ilk partiya təşkilatında birləşən 3 min 195 partiya üzvündən 1316-sı, yəni 41,1 faizi qadın, 1107-si, yəni 34,6 faizi isə gənclərdən ibarətdir. Qeyd olunan dövrdə partiyanın sıralarına qəbul edilənlərin sayı 51 nəfər olub ki, bunların da 33-ü qadın, 42-si isə gəncdir.
Kəngərli Rayon Təşkilatının cari ildəki fəaliyyətindən danışan Sevda Quliyeva bildirib ki, təşkilat öz işini Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramına, təşkilatın müəyyən olunmuş müvafiq iş planına uyğun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının tələbləri səviyyəsində qurub. 2019-cu ilin hesabat dövrü ərzində təşkilatın 3 şura, 8 İdarə Heyəti yığıncağı keçirilib.
Qeyd olunub ki, təşkilati işlər bundan sonra da diqqət mərkəzində saxlanılmalı, vətənpərvər, ictimai işlərdə fəal və təşəbbüskar gənclərin partiya sıralarına cəlb edilməsinə diqqət artırılmalıdır. Hər bir partiya üzvü rayonda gedən quruculuq, abadlıq və yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində səyini əsirgəməməlidir.
Yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirən təşkilat sədri qeyd edib ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı bundan sonra da fəaliyyətini ulu öndər Heydər Əliyevin ideyalarına və siyasi kursuna uyğun quracaq, partiya üzvləri muxtar respublikanın ictimai-siyasi həyatında daha fəal iştirak edəcəklər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının Şura üzvü Tahir Məmmədov, rayon Statistika İdarəsi ərazi ilk partiya təşkilatının sədri Fail Mirzəyev, Qıvraq qəsəbə ərazi ilk partiya təşkilatının sədri Yunis Ələkbərov, Yurdçu kənd ərazi ilk partiya təşkilatının sədr müavini Bəxtiyar ­Süleymanov çıxış ediblər.

Babək İSMAYILOV

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR