17 Noyabr 2019, Bazar

Pensiya təminatı ilə əhatə olunan vətəndaşlar arasında qadınlar üstünlük təşkil edir. Belə ki, hazırda ölkəmizdə əmək pensiyası ilə təmin olunanların sayı 1 milyon 350 min 680 nəfərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 57 faizi (763 min 260 nəfər) qadınlar, 43 faizi (587 min 420 nəfər) kişilərdir.

O cümlədən, yaşa görə pensiyaçıların 492 min 315 nəfərini qadınlar və 262 min 497 nəfərini kişilər, əlilliyə görə pensiya alanların 172 min 308 nəfərini qadınlar və 202 min 697 nəfərini kişilər, ailə başçısını itirməyə görə pensiya alanların 98 min 637 nəfərini qadınlar və 122 min 226 nəfərini kişilər təşkil edir.

AZƏRTAC

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR