14 Noyabr 2019, Cümə axşamı

Oktyabrın 14-də Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı vizasız səfərlər haqqında razılaşmaya dəyişikliklərin edilməsinə dair protokol imzalanıb.

Sənəd Türkdilli ölkələrin Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən iclası çərçivəsində imzalanıb.

Sənədi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Qazaxıstanın Daxili İşlər naziri Erlan Turqumbayev imzalayıblar. Dəyişikliklər müvafiq ölkələrin parlamentləri tərəfindən ratifikasiya olunduqdan sonra qüvvəyə minəcək.

Razılaşmaya əsasən Qazaxıstan və Azərbaycan vətəndaşlarının müvafiq olaraq bu ölkələrin ərazisində qalma müddəti 30 gündən 90 günə qədər artırılır, həmçinin həmin vətəndaşların 30 günə qədər rəsmi orqanlarda qeydiyyata düşməkdən azad edir.

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR