14 Noyabr 2019, Cümə axşamı

Birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı məni çox qürurlandırdı. Bu, təkcə mənə, mənim əməyimə deyil, Azərbaycan elminə göstərilən diqqət və qayğının təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyib.

O vurğulayıb ki, Azərbaycanda elmə, alimə dövlət səviyyəsində qiymət verilir. “Prezident İlham Əliyevə mənim əməyimə verdiyi dəyərə görə dərin təşəkkürümü bildirirəm. Azərbaycan elminə, xalqımıza, vətənimizə bundan sonra da layiqincə xidmət etməyə çalışacağam”, – deyə akademik İsa Həbibbəyli qeyd edib.

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR