23 Noyabr 2019, Şənbə

Naxçıvan Dövlət Universitetində 18 ok­tyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı konfrans keçirilib.
İncəsənət fakültəsinin sərgi salonunda mövzu ilə bağlı sərgiyə baxış olub. Fakültənin akt zalında davam edən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müstəqilliyin ilk illərində Azərbaycan xalqının üzləşdiyi çətinliklərdən danışıb.

Bildirilib ki, dövlət müstəqil­liyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-­mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlandı. Ulu öndərin siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədr müavini, tarix elmləri doktoru Xəzər Hüseynov “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” adlı çıxışında bildirib ki, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Dahi şəxsiyyətin müəllifi olduğu inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirib, qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.
“Azərbaycanın müstəqillik illərində gənclərin rolu” adlı çıxışında İngilis dili müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Səma Xəlilli qeyd edib ki, ümummilli liderimiz daim gənclərə qayğı göstərib, hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı mühüm fərman və sərəncamlar imzalayıb.
Tədbir tələbələrin ifasında bədii qiraət və musiqi nömrələri ilə davam edib.
Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edildikdən sonra “Ümummilli lider və Azərbaycanın dövlət müstəqilliyi” adlı videoçarx nümayiş olunub.

Səadət ƏLİYEVA

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR