17 Noyabr 2019, Bazar

“Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda keçirilən konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin bərpası və möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrinin qorunması, siyasi, iqtisadi islahatların həyata keçirilməsi istiqamətində gördüyü məqsəd­yönlü tədbirlərdən danışıb.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi inkişaf yoluna nəzər salan alim qeyd edib ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizi xaos və anarxiyadan, hərc-mərclikdən qurtarıb. Azərbaycanın qüdrətlənməsinə və xalqımızın maddi rifah halının yüksəldilməsinə xidmət edən siyasi qərarlar qəbul edib.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Bu siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etdirilməsinə misilsiz töhfələr verir. Ölkəmizin hərtərəfli və sürətlə inkişafı, əsaslı dəyişikliklər, xarici siyasətimizdəki uğurlar, əhalinin rahatlığı naminə həyata keçirilən qlobal layihələr bu gün Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.
İsmayıl Hacıyev vurğulayıb ki, dahi şəxsiyyətin işi və əməlləri Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə uğurla davam etdirilir. Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının bu gün bütün sahələrdəki yüksək inkişafı dahi öndər Heydər Əliyevin parlaq ideyalarının təzahürüdür.
Sonra bölmənin Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli ­lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və memarıdır” mövzusunda məruzəsi dinlənilib.
Məruzə ətrafında Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli çıxış edərək bu istiqamətdə həyata keçirilən tədbirlərdən, ulu öndərimizin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişafındakı misilsiz xidmətlərindən danışıblar.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR