20 Noyabr 2019, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 oktyabr tarixli Qərarı ilə “Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində “Sahil Parkı” İdarəsinin yaradılması və fəaliyyətinin təşkil olunması haqqında” Qərar təsdiq olunmuşdur. Bundan başqa, həmin tarixdə “Naxçıvan Muxtar Respublikasında artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” təsdiq edilmişdir. Bu qaydalara əsasən Naxçıvan Muxtar Respublikasında vergiödəyicisindən və ya sığortaedəndən düzgün tutulma­mış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faiz­lərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması müəyyən edilir.

Eyni zamanda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 23 oktyabr tarixli 153 nömrəli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 aprel tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üzrə Muxtar Respublika Komissiyası üzvlərinin Siyahısı”nda və “Əllə toxunmuş xalçaların reyestr sistemi”nə daxil edilməsi nəzərdə tutulan xalçalara dair məlumatlar haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 2 may tarixli 57 nömrəli Qərarında da dəyişikliklər edilmişdir.
Həmçinin həmin tarixdə “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli 61 nömrəli Qərarında dəyişik­liklər olunmuşdur.
Qəbul olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

Naxçıvan Muxtar Respublikası
Nazirlər Kabinetinin mətbuat xidməti

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR