12 Noyabr 2019, Çərşənbə axşamı

Oktyabr ayında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Cəlilabad, Füzuli, Göygöl, Xocavənd, Kürdəmir, Qazax, Oğuz, Tərtər, Tovuz, Ucar, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 1 milyon 527 min 171 kvadratmetr ərazi yoxlanılıb, 809 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina və 208 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

ANAMA-dan bildirilib ki, əməliyyatlara 459 nəfər əməliyyat heyəti, 123 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it cəlb edilib.

İndiyədək cəmi 539 milyon 334 min 723 kvadratmetr ərazi təmizlənib, 805 min 664 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Oktyabrda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən - 6, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən - 21, Dövlət Sərhəd Xidmətindən 3 və rayon polis şöbələrindən 3 müraciət daxil olub. Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə 27 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Cəlilabad, Füzuli, Göygöl, Xocavənd, Kürdəmir, Qazax, Oğuz, Tərtər, Tovuz, Ucar, Yevlax rayonları, Bakı, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 12 min 480 kvadratmetr ərazi yoxlanılıb, 25 ədəd partlamamış hərbi sursat (PHS), 4 ədəd tank əleyhinə mina və 208 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2019-cu ilin oktyabr ayı ərzində Qax rayonu ərazisində əl qumbarasının partlaması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbərlər söbəsi

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR