20 Noyabr 2019, Çərşənbə

Azərbaycanda çox uğurlu sosial iqtisadi layihələr həyata keçirilir. Dünya Bankı bu islahatları yüksək qiymətləndirir.

Bu sözləri Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus jurnalistlərə müsahibəsində söyləyib.

Onun sözlərinə görə, DB ilə Azərbaycan arasında olduqca uğurlu əməkdaşlıq var. DB bu əməkdaşlığı davam etdirməkdə maraqlıdır.

Bu yaxınlarda Azərbaycana etdiyi səfəri xatırladan S.Molineus Bakıda bir sıra yüksək səviyyəli şəxslərlə görüşlər keçirdiyini vurğulayıb. Bildirib ki, səfər çərçivəsində Bakıda keçirdiyi görüşlər olduqca uğurlu olub. Bu görüşlərdə Dünya Bankının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasındakı rolu barədə müzakirələr aparılıb. Bununla yanaşı bankın Azərbaycanda dəstəkləyə biləcəyi bir sıra potensial intervensiya və layihələr də nəzərdən keçirilib.

S.Molineus deyib: “Azərbaycanda müzakirə etdiyim layihələr məhkəmə islahatları, bərk tullantıların idarə olunması, təhsil və digər bir sıra sahələri əhatə edib. Bu sahələr Azərbaycanın davamlı iqtisadi inkişafı və ölkədə həyata keçirilən islahatlar üçün böyük əhəmiyyət kəsb edir”.

Regional direktor yaxın vaxtlarda Azərbaycana yenidən səfər edəcəyini bildirib. O, bu səfər çərçivəsində Azərbaycanın yeni Baş naziri Əli Əsədov və yeni İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşmək niyyətindədir.

DB rəsmisi Dünya Bankı ilə Azərbaycan arasında mövcud mükəmməl əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əmin olduğunu vurğulayıb.

Məlumat üçün qeyd edək ki, S.Molineus DB-nin Cənubi Qafqaz üzrə regional direktoru kimi bu il iyulun 1-dən fəaliyyətə başlayıb. O, bu il sentyabrın 25-də Azərbaycana ikigünlük səfər edib.

 Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR