08 Dekabr 2019, Bazar

Naxçıvan Qarnizonu qoşunlarında andiçmə mərasimləri keçirilib.
Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səslən­dirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Mərasimdə çıxış edənlər gənc əsgərləri təbrik ediblər. Əsgərlər Vətənə sadiq olacaqlarına söz veriblər.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb. Bildirilib ki, hərbi anda sadiq olmaq hər bir əsgər üçün şərəf, namus və vicdan məsələsidir. Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında keçirilən hərbi andiçmə mərasiminə hazırlıq barədə raport verildikdən sonra hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra gənc əsgərlər hərbi andı qəbul ediblər. Briqada komandiri, general-mayor Səlim Niftalıyev çıxışında qeyd edib ki, bu gün muxtar respublikamızda bütün hərbi hissələr müasir texnika və avadanlıqlarla təchiz edilib, maddi-texniki baza təkmilləşdirilib.
Vurğulanıb ki, hərbi anda sadiq qalmaq hər bir əsgərin müqəddəs borcu olmalı, onlar keçilən dərslərdə bu texnikalardan düzgün istifadəni dərindən öyrənməlidirlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, ­general-leytenant Fazil Ələkbərovun təbriki şəxsi heyətə çatdırılıb.
Andiçmə mərasimində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, valideynlər adından isə Elxan Orucov və Teymur Yaqubbəyli çıxış edərək hərbi xidmətin Vətən qarşısında müqəddəs borc olduğunu diqqətə çatdırıb və əsgərlərə nümunəvi xidmət arzulayıblar.
Əsgərlər adından çıxış edən Elmir Namazov onlara göstərilən diqqət və qayğını layiqincə doğrul­dacaqlarına söz verib.
Həmin gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da andiçmə mərasimləri keçirilib.
Andiçmə mərasimləri şəxsi heyətlərin tribunaların önündən təntənəli keçidləri ilə başa çatıb.

 Pərviz HACILI

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR