14 Dekabr 2019, Şənbə


Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Kəngərli Rayon Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbində müəllimlər üçün solfecio, musiqi ədəbiyyatı və xor fənləri üzrə metodiki kurs təşkil edilib.

 Kursda Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin müəllimi Ülviyyə Sadıqlı solfecio fənni üzrə metodiki dərs keçib. Naxçıvan Musiqi Kollecinin müəllimi Ruhiyyə Dünyamalıyeva müəllimlərə musiqi ədəbiyyatı fənni üzrə tədris proqramı əsasında mühazirələrin hazırlanması qaydalarını izah edib, Naxçıvan Musiqi Kollecinin müəllimi Mahirə Əsgərova isə xor fənninin tədrisi və kollektivinin yaradılması mövzusunda məlumat verib. O, tədris zamanı uşaqlar üçün yazılmış xor əsərlərinə daha çox müraciət etməyi məsləhət görüb.

Metodik dərslərin sonunda mövzular geniş müzakirə edilib.

 

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR