08 Dekabr 2019, Bazar


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın və keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri oktyabr ayında da davam etdirib.

 Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, ixtisas dərəcəsinin vaxtından əvvəl verilməsi ilə əlaqədar Babək Rayon İcra Hakimiyyətinin bir qərarı dəyişdirilib.

Muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə işə qəbul üçün sentyabrın 4-ü elan edilən müsabiqənin test imtahanlarına oktyabrın 31-də start verilib. Dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilən müsabiqəyə 225 vəzifə çıxarılıb və həmin vəzifələrin tutulması üçün 575 sənəd təqdim edilib. Həmçinin ötən ay Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və ədliyyə orqanlarında vakant vəzifələrin tutulması, eləcə də dövlət musiqi təhsili müəssisələrinə işə qəbul üçün müsabiqələr elan edilib.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu Şərur və Şahbuz rayonlarında olub, elan edilmiş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkən 12 nəfərə səyyar elektron xidmət göstərilib. Bundan başqa ötən ay Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri ilə görüş təşkil edilib, “Dövlət qulluğuna qəbul qaydaları”, “Müsabiqənin keçirilmə qaydaları” və “Dövlət qulluğu sistemi” mövzularında slaydlar vasitəsilə dərslər keçirilib.

Dövlət qulluğu və müəllimlərin işə qəbulu üzrə təşkil olunan hazırlıq kurslarında 54, sınaq imtahanlarında 49 nəfər iştirak edib.

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR