06 Dekabr 2019, Cümə

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə 30-a yaxın könüllü gəncin iştirakı ilə Uzunoba Su Anbarının ətrafındakı “Plovtəpə”yə ekoyürüş təşkil olunub.

Diqqətə çatdırılıb ki, gənclərin təbiətlə tanışlığı, muxtar respublikanın ekoloji turizm potensialının gənclər tərəfindən sosial şəbəkələrdə təbliğ olunması, onlarda ətraf mühitə qayğının aşılanması, eyni zamanda yeni yaşıllıq sahələrinin salınmasında gənclərin iştirakının təmin olunması belə yürüşlərdə əsas məqsəddir. 

Daha sonra gənclərin iştirakı ilə “Bayraq günü” münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Sonda çay süfrəsi təşkil edilib.

Röyal Kərimov

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR