08 Dekabr 2019, Bazar

Vətəndaşlar həftənin bütün günləri 24 saat ərzində istədiyi şəxsə avtomobil idarə edilməsinə dair etibarnamə verə biləcək.

 Bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

A.Səmədzadə deyib ki, noyabrın 22-dən yeni mobil etibarnamə sistemi fəaliyyətə başlayacaq. Vətəndaş nəqliyyat vasitəsilə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günlərində 24 saat ərzində etibarnamə verə biləcək. “Mobil notariat” proqram təminatının imkanları genişləndirilərək bu platforma üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb.

Mobil etibarnamə proseduru barədə danışan Ağakərim Səmədzadə prosedurun çox sadə olacağını vurğulayaraq deyib: “Vətəndaş telefona “Google Llay” və ya “Apple Store”dan mobil notariatı yükləyəcək. Sonra orada nəqliyyat vasitəsinə dair etibarnamənin verilməsi ilə bağlı menyu görəcək. Oraya daxil olaraq avtomatik mülkiyyətində olan və etibarnamə əsasında istifadə etdi bütün nəqliyyat vasitələrini görə biləcək. Etibar etdiyiniz nəqliyyat vasitəsini seçdikdən sonra onun etibar olunacağı şəxs müəyyənləşdirilir. Ödəniş etdikdən sonra məlumat emal olunur və etibarnaməniz artıq telefonunuza yüklənir. Məlumat avtomatik olaraq Dövlət Yol Polisinə də ötürülür. Artıq siz həmin etibarnamədən istifadə edə bilirsiniz. Proses beş dəqiqədən çox vaxt aparmayacaq və çox sadə olacaq”.

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR