08 Dekabr 2019, Bazar

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 2019-cu ilin oktyabr ayında yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və tele­radio xidmətlərinin göstərilməsi diqqətdə saxlanılmış, muxtar respublikada 227 yeni telefon nömrəsi istismara ­verilmişdir.

Ötən ay muxtar respublika ərazisində, ümumilikdə, 4425 metr fiber-optik kabel xətti çəkilmiş, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 807 yeni abunəçi internetlə təmin olunmuşdur. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi hazır­lanaraq istifadəyə verilmişdir.
Qeyd olunan dövrdə kadr hazırlığı məsələsi də diqqətdə saxlanılmış, İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində təşkil olunan kompüter kursları üzrə təhsil almaq üçün 55 qrup yaradılmışdır. Həmçinin “Naxçıvan” Universitetində “startup.nakhchivan.az” internet portalının təqdimatı olmuş, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR