27 Sentyabr 2020, Bazar


“Əsas məqsədlərimdən biri də gənclərin   görmək istədikləri ali təhsil müəssisələrində oxumalarıdır”.

 Bu sözləri  Naxçıvan Dövlət Universitetinin yeni təyin olunan rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev deyib.

O, yeni təyinat haqqında fikirlərini bölüşüb və əsas hədəflərindən söz açıb:

“Naxçıvan Dövlət Universitetinin əsas hədəfləri  dövlətimizin müəyyənləşdirdiyi prioritet məqsədlər olacaq. Çıxacağımız bu yolda strateji inkişaf proqramları və yol xəritələri bizə kömək edəcək. Eyni zamanda,   Naxçıvan Dövlət Universitet muxtar respublika ərazisində yerləşdiyi üçün  Ali Məclisin,  Nazirlər Kabinetinin qərar və sərəncamları da bizə yol göstərəcək.

Rektor olaraq əsas hədəfim  gənclərin  liderlik təşəbbüslərinin,  vətənpərvərlik hislərinin gücləndirilməsi və onların idarəetmədə  aktuallığını  təmin etməkdir. Xüsusilə   əsas məqsədlərimdən biri də gənclərin   görmək istədikləri ali təhsil müəssisələrində oxumalarıdır. Onlar arzularına uyğun təhsil almalıdılar. Bu istiqamətdə biz gənclərlə fikir mübadiləsinə üstünlük verəcək və onların rəylərini alacağıq.

Həmçinin, professor-müəllim heyətinin, gənc doktorların  arzularını   dinləməyi çox istəyirəm. Onlar bu gün qlobal təhsil məkanında  hansı yenilikləri istədiklərini bilmək fikrindəyəm. Bu  istiqamətdə bir çox  işlər görməliyik”.

  1. İsayev özünüz rektor təyinatı barəsində də danışıb. Qeyd edək ki, o, Azərbaycanın ən gənc rektorlarından biri hesab olunur:

“Təyinatım Cənab Prezidentin  sərəncamı ilə verilib. Mən Müəllimlər İnstitutunun rektoru vəzifəsindən Naxçıvan Dövlət  Universitetinin  rektoru vəzifəsinə   təyin olunmuşam. Bu etimadı  çox yüksək qiymətləndir, Naxçıvan Müəllimlər İnstitutunda göstərdiyim fəaliyyətə verilən  qiymət kimi  dəyərləndirirəm. Bu mənim  yaşıma  verilən böyük bir etimaddır Çox çalışacağıq ki,  bu  göstərilən yüksək etimadı doğruldaq.

Universitet rektoru həm də təhsil işçisidir. Dəyişən dünyada universitetlərin idarə olunması o qədər də  asan məsələ deyil. Yeni trend və  çağırışlara   uyğun adekvat iş icrası  bizi düşündürən əsas məsələdir”.

Qeyd edək ki , Elbrus İsayev 1979-cu ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvan şəhər 11 saylı  məktəbdə alıb.

2000-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin tarix ixtisasını, 2002-ci ildə isə həmin universitetin magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirib. Heydər Əliyev adına təqaüdə layiq görülüb, 2001-ci ildə təhsil sahəsindəki uğurlarına görə «İlin ən yaxşı gənci» müsabiqəsinin qalibi olub.

 2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib.

Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosentidir. 2001-ci ildən Universitetin Elmi Şurasının üzvüdür.

2008- 2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışıb.

2006-cı ildə Böyük İpək yolu və Naxçıvan mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR