29 Yanvar 2020, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq dekabrın 1-dən ictimai yerlərdə, xüsusən məktəb və uşaq bağçalarında kəskin respirator infeksion xəstəliklərinin profilaktikası məqsədilə dezin­feksiya işlərinə start verilib.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən icra olunan bu tədbir, ilk növbədə, əhalinin sıx məskunlaşdığı yerlərdə aparılır.
Naxçıvan Gigiyena və Epidemiologiya Mərkəzi Naxçıvan şəhərinin dəmiryol və avto­vağzallarında, topdan və pərakəndə satış məntəqələrində dezinfeksiya tədbirlərinə start verib. Naxçıvan şəhərindəki Avtovağzal kompleksində, dəmiryol vağzalında dezinfeksiya işləri həyata keçirilib, qapı dəstəklərinə alma sirkəsi ilə isladılmış tənziflər sarınıb.
Rayonlarda isə əsas etibarilə, məktəblərin sinif otaqlarında, idman zallarında, qarderoblarında, bufet və yeməkxanalarında, dəhlizlərində, sanitar qovşaqlarında və digər yerlərdə dezinfeksiya işləri təşkil edilib. Tədbirin gedişində tibb işçiləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrinin girişində tibbi müşahidələr aparılır. İxtisaslaşdırılmış kabinələrdə termometriya işi təşkil edilir. Kəskin respirator virus infeksiyası xəstəliyinə yoluxmaqda şübhəli bilinənlər ambulator müalicəyə göndərilir. Xəstəlik halları müşahidə edilmiş uşaqlar haqqında isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Poliklinika şöbəsi ilə əlaqə saxlanılır.
Dezinfeksiya tədbirləri mövsüm ərzində davam etdiriləcək.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR