23 Sentyabr 2020, Çərşənbə

 

Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqayın Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində dekabrın 7-də Duzdağ Fizioterapiya Mərkəzinə gələn Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqaya Mərkəz haqqında məlumat verilib ki, dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.

Türkiyə Respublikasının Ticarət nazirinin müavini Naxçıvan Gömrük Ekspertizası İdarəsinin maddi-texniki bazası ilə yaxından tanış olub. Laboratoriyada ekspertizası aparılacaq qida məhsulları və digər analizlər haqqında ümumi məlumat verilib.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasının fəaliyyəti ilə tanışlıq zamanı qeyd olunub ki, 2001-ci ildən muxtar respublikada fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas iş prinsipi məhsulların keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini təmin etməkdən ibarətdir. Bunun üçün ötən dövrdə cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsəd­yönlü tədbirlər həyata keçirilib, ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq  standartlara uyğun laboratoriya avadanlıqları alınıb quraşdırılıb. Laboratoriyada mütəmadi olaraq yerli və idxal məhsullarından nümunələr götürülərək təhlillər aparılır. Muxtar respublikada ilk beynəlxalq akkreditasiyalı laboratoriya olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin Mərkəzi Qida Sınaq Laboratoriyası regionumuzda istehsal edilən və ya muxtar respublikaya idxal olunan qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edir, istehsalçı müəssisələrin xarici ölkələrə məhsul ixracını asanlaşdırır.

“Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı məlumat verilərək qeyd olunub ki, vafli istehsalı ilə fəaliyyətə başlayan müəssisədə bu gün peçenye istehsalı sahəsi də fəaliyyət göstərir. Müəssisədə istеhsаl оlunаn məhsullаrın хаmmаl еhtiyаtı, əsаsən, daxili imkanlar hesabına ödənilir. Bu da аqrаr sеktоrun inkişаfınа, eləcə də torpaq mülkiyyətçilərinin alıcı problemi ilə üzləşməməsinə öz müsbət təsirini göstərir. Müəssisənin gündəlik istehsal gücü 14 tondur. Burada Türkiyə istehsalı olan müasir texnoloji avadanlıqlarla təmin edilmiş laboratoriya fəaliyyət göstərir.

“Gəmiqaya Mebel Fabriki” MMC ilə tanışlıq zamanı bildirilib ki, müəssisədə müxtəlif çeşiddə keyfiyyətli məhsul istehsalı üçün Almaniya, İtaliya və Türkiyə respublikalarından müasir texnoloji avadanlıqlar alınıb quraşdırılıb. Hazırda fabrikdə divan-kreslo və yumşaq oturacaqlı stullar, həmçinin ofis, mətbəx, yataq, qonaq və uşaq otağı mebelləri, müxtəlif qapı-pəncərə modelləri hazırlanır. Bu ünvanda müştərilər müxtəlif ağac profilli qapı və pəncərələr, modern və klassik üslubda dizayn edilmiş mebellər, binalar üçün müxtəlif avadanlıqları seçə, dizayn-dekorasiya xidmətlərindən yararlana bilərlər.

Bununla da, Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqayın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

 

Pərviz HACILI

  

 

 

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR