29 Yanvar 2020, Çərşənbə


Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə bu il dekabrın 23-də keçiriləcək.

 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsində də bələdiyyə seçkilərinə hazırlıq Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun aparılır.

Qeyd edək ki, dairə üzrə 49 seçki məntəqəsi var. Həmin seçki məntəqələrindən üçünün seçkilərə azı 5 gün qalmış yaradılması nəzərdə tutulur. Seçki məntəqələrinin 21-i Babək rayonu ərazisində, 20-si Kəngərlidə, 8-i isə Naxçıvan şəhərində fəaliyyət göstərəcək. Bələdiyyə seçkilərində 43 min 266 seçicinin səs verməsi gözlənilir.

Dairənin əhatə etdiyi ərazidə 27 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələrə 241 bələdiyyə üzvü seçiləcək. Bələdiyyə üzvü seçilmək üçün 350 namizəd Dairə Seçki Komissiyası tərəfindən qeydə alınıb. Onlardan 235-i Yeni Azərbaycan, 12-si Böyük Quruluş, 4-ü “Ümid”, 2-si isə Azərbaycan Sosial Rifah Partiyalarının üzvləridir. 97 namizəd bitərəfdir. Onların hamısı öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb.

 

                                                                                                   Əbülfəz Dünyamalıyev

ARXİV

Yanvar 2019
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR