28 Sentyabr 2020, Bazar ertəsi

Türkiyənin Ərzurum Universitetində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən universitetin professorları Sedat Adı­gözəl və Kərəm ­Qarabulud, dosent Savaş Əyilməz ümummilli ­liderin ­xilaskarlıq missiyasından, dahi şəxsiyyətin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən bəhs ediblər. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev məram və məqsədlərini həyata keçirmək üçün həmişə xalqın dəstəyinə inanıb. Dahi rəhbərin siyasi xətti Azərbaycanı tərəqqiyə qovuşdurub, əhalinin sosial rifah halının yüksəldilməsinə səbəb olub.
Azərbaycan Respublikasının Qarsdakı Baş konsulu Nuru Quliyev tədbirdə çıxış edərək bildirib ki, bu gün Azərbaycan Respublikası ulu öndərin müəyyənləşdirdiyi yolla gedərək daha da inkişaf edir, beynəlxalq aləmdə öz nüfuzunu artırır. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ulu öndərin xidmətlərindən danışan Baş konsul deyib ki, bu gün iki qardaş ölkə arasında sarsılmaz dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.
Sonra ümummilli liderin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub, ulu öndərə həsr olunmuş şeirlər bədii qiraət edilib.

“Şərq qapısı”

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR