28 Sentyabr 2020, Bazar ertəsi

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə general-mayor Elman Orucov ulu öndər Heydər Əliyevin zəngin ömür yolundan və ordu quruculuğu istiqamətindəki tarixi fəaliyyətindən danışıb. Bildirilib ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev və digər çıxış edənlər ulu öndər Heydər Əliyevin ölkəni idarəetmə bacarığının, təcrübəsi və şəxsi nüfuzunun Azərbaycanın bugünkü intibahının əsasını qoyduğunu bildiriblər.
Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və “Nərgiz” uşaq bağçasının fidanları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən sənədli film nümayiş olunduqdan sonra tədbirdə fəal iştirak edənlər mükafatlandırılıblar.
Silsilə tədbirlərin davamı kimi əsgərlər Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ulu öndərin həyatının müxtəlif məqamlarını əks etdirən eksponatlar şəxsi heyətdə böyük maraq doğurub.

Nəriman Nəcəfov

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR