28 Sentyabr 2020, Bazar ertəsi

Heydər Əliyev Muzeyində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilib.

“Naxçıvan” Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov tədbirdə çıxış edərək bildirib ki, xalqın və millətin inkişafı gənc nəslin intellektual səviyyəsindən, bilik və bacarığından, Vətənə layiq əsl vətənpərvər kimi yetişməsindən asılıdır. Bu gün kitabların oxunmasının zəruriliyinin dövlət səviyyəsində təbliği və təşviq olunması yüksək əhəmiyyətə malikdir.

Buna görə də gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanan Sərəncamla “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq edilib. Siyahıya daxil olan bir sıra kitabın müzakirəsi təşkil edilir. Növbəti olaraq “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilir. Qeyd olunub ki, tarixin müxtəlif dövrlərində bəzən elə şəxsiyyətlər yetişir ki, onlar zamanın qlobal proseslərinə təsir göstərir, təmsil etdikləri millətin taleyində mühüm rol oynayır, qüdrətli dövlət yaratmaqla hər sahədə cəmiyyətin inkişafına təkan verirlər. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevdir. “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabı bütün azərbaycanlılar üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji məqamları əhatə edir. Bu mənada, həmin müraciətdəki mühüm məqamlarla tanış olmaq, öyrənmək hər birimiz üçün vacibdir.
Sonra gənclər kitab haqqında öz fikirlərini bildirib, muzeydə ümummilli liderin həyatı və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR