15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində hərbi hissələrə sovqat aparılması artıq ənənə halını almışdır. Hər il müxtəlif dövlət qurumları, müəssisə və təşkilatlar, ayrı-ayrı sahibkarlıq subyektləri hərbi hissələrə baş çəkir, əsgərlərə sovqatlar aparırlar.
Dünən Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin, Naxçıvan Şəhər Prokurorluğunun, “Cahan Holdinq”, “Dizayn Holdinq” Kommersiya Şirkətlər ittifaqlarının, “Babək Şərab-2 Yeddilər Aqrar Sənaye Kompleksi”, “Naxçıvan Kredit” Bank Olmayan Kredit Təşkilatı, “Karton Tara” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, Ordubad, Kəngərli, Şahbuz rayonlarının İcra hakimiyyətlərinin kollektivləri Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvanda yerləşən hərbi hissələrində olmuş, əsgərlərə bayram sovqatları aparmışlar.

Hərbi hissələrdə şəxsi heyətlə görüşlərdə vurğulanmışdır ki, bu gün ölkəmizdə, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ordumuzun daha da möhkəmləndirilməsi işi uğurla davam etdirilir, sərhədlərimizin etibarlı müdafiəsi təmin olunur. 
Göstərilən bu qayğı və diqqətin nəticəsidir ki, ötən müddət ərzində Milli Ordunun Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələri daha da möhkəmlənmiş və güclü ordu birləşmələrinə çevrilmişdir. Xalqla ordu arasında yaranmış qarşılıqlı inam və birlik isə ordu quruculuğu sahəsində yeni nailiyyətlərə aparır. Naxçıvan əhalisinin, buradakı idarə və təşkilatların əlamətdar günlərdə, bayramlarda əsgərlərimizi heç vaxt yaddan çıxarmaması, onlara hər cür mənəvi dəstək verməsi artıq adət halını alıb, desək, yanılmarıq. Çünki xalqımız yaxşı başa düşür ki, dövlətimizin ərazi bütövlüyünün, sülhün, əmin-amanlığın, müstəqilliyimizin təminatçısı məhz ordumuzdur.
Ordu isə inanır ki, onun arxasında bütün Azərbaycan xalqı dayanır.
Bu birlik isə ordumuzu daha da yenilməz, qüdrətli edir. Hərbi hissələrdə yaradılan şəraitlə tanışlıq bir daha onu göstərdi ki, bu gün dövlətimizin ordumuza qayğısı və diqqəti sərhədsizdir.

 

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3276119
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1561
4179
13888
60765
3276119

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter