19 Noyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Ulu öndər Heydər ƏLİYEV: Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Hamımız bu torpaqda yaşayırıq – bu, Azərbaycan torpağıdır. Azərbaycan torpağının hər guşəsi hər birimiz üçün müqəddəs yerdir. Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi Vətəni, doğma ata-baba ocağıdır. Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi Vətəni vardır.

Milli birlik və həmrəylik ideyası sivil insan cəmiyyəti formalaşandan mövcud olmuş, mürəkkəb təkamül mərhələlərindən keçərək təkmilləşmiş, hər bir xalqın vahid məqsədlər ətrafında birləşməsində mühüm rol oynamışdır. Dövlət müstəqilliyinin qorunub saxlanılmasının ən vacib şərtlərindən biri məhz xalqın milli birliyə və həmrəyliyə malik olmasıdır.
Ümumxalq mənafelərimizin həyata keçirilməsi, soydaşlarımızın Azərbaycançılıq ideyası ətrafında birləşməsi prosesinin əsası 21 il əvvəl, Azərbaycan müstəqilliyini bərpa etdiyi bir dövrdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisi­nin sessiyasında “31 Dekabr Dünya Azərbaycan türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin sessiyadakı çıxışında ümummilli liderimiz qərarın tarixi-siyasi əhəmiyyətini qeyd edərək demişdir: “Dünya Azərbaycan türklərinin Milli Həmrəylik və Birlik Günü haqqında məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasında müzakirə olunması, böyük siyasi əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu məhz Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür”. Qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd edilmişdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram sonrakı dövrlərdə bu sahədə həyata keçirilən tədbirlərin daha da kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, milli birliyə nail olunması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, Azərbaycançılıq anlayışı milli ideologiyaya çevrilmiş, xaricdə yaşayan həmvətənlərimizin Azərbaycanla əlaqələri genişləndirilmiş, milli diaspor təşkilatlarının yaradılmasına başlanılmışdır. Ulu öndər azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz, həm də xaricdə yaşayan soydaşlarımız üçün mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayaraq demişdir: “Harada olursa-olsun, azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir”.
Azərbaycana rəhbərliyi dövründə ümummilli liderimizin uzaqgörən siyasəti nəticəsində bu istiqamətdə mühüm tədbirlər reallaşdırılmışdır. Ulu öndərimizin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-u və 10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyin əldə edilməsində ən vacib şərt olan diaspor quruculuğu sahəsində həlledici mərhələnin başlanğıcı kimi tariximizə yazılmışdır. Bu qurultayın keçirilməsi milli birliyin və həmrəyliyin, Azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultaydakı nitqində “Azərbaycan dövlətinin vəzifəsi bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərmək, onların həyatı ilə maraqlanmaq və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icması arasında əlaqələri daha da inkişaf etdirməkdən ibarətdir”, – deyən ulu öndəri­miz Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi və qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsinin vacibliyini ön plana çəkirdi. Milli diasporun formalaşması və dünyada Azərbaycan lobbisinin inkişafı məqsədilə 2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, həmin ilin dekabr ayında “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edilmişdir. Dövlət komitəsinin yaradılması və qanunun qəbul edilməsi, bütövlükdə, dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da sürətləndirmiş, xaricdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən idarə olunmasına və soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmlənməsinə səbəb olmuşdur. Bu gün dünyanın dörd bir yanındakı azərbaycanlılar yaşadıqları xarici ölkələrdə fəal toplum kimi çıxış edir, cəmiyyətin iqtisadi, ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya olunur, həmin ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında yaxından iştirak edirlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olmuşdur. Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən, həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Ölkə başçısının 2008-ci il noyabrın 19-da imzaladığı Fərmanla isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmış, dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. Bu dövrdən etibarən dövlətimizin diaspor siyasəti xaricdə yaşayan soydaşlarımızın daha da mütəşəkkil təşkilatlanması nəticəsində yeni mərhələyə qədəm qoymuş, onların doğma Vətənə olan bağlılıqlarını artırmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin ardıcıl xarakter almasının nəticəsidir ki, bu gün ölkə­mizi xaricdə 400-dən çox diaspor təşkilatı təmsil edir.
2011-ci il iyulun 5-də Bakı şəhərində keçirilən Dünya Azərbaycanlılarının III Qurultayında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak etmişlər. Qurultay xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, zəngin mədəni irsimizin təbliği, təcavüzkar erməni təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynamış, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların növbəti birlik və həmrəylik bayramına çevrilmişdir. Qurultayda geniş nitq söyləyən Prezident İlham Əliyev dünya azərbaycanlılarının təşkilatlanması prosesinin və vahid ideologiya ətrafında sıx birləşməsinin ulu öndərin adı ilə bağlı olduğunu bildirərək demişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ulu öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan edilmişdir. Bu gün, 31 dekabr bizim milli bayramımızdır”.
Bu gün dünyanın müxtəlif ölkələrindəki həmvətənlərimiz dövlətimizin dəstəyi sayəsində daha mütəşəkkil və çevik fəaliyyət göstərirlər. Onların sırasında yeni ideyaları və vətənpərvərliyi ilə seçilən gənclərimiz çoxluq təşkil edir. Bu ilin mart ayında yaradılmış Dünya Azərbaycanlı Gənclər Birliyi bunun bariz ifadəsidir. Eyni zamanda Rusiyanın Moskva, Amerika Birləşmiş Ştatlarının Hyuston, Fransanın Paris və Türkiyənin Kocaeli şəhərlərində artıq fəaliyyətə başlamış Azərbaycan Mədəniyyət mərkəzləri zəngin mədəni irsimizin təbliği ilə yanaşı, diasporumuzun imkanlarını da xeyli genişləndirməkdədir.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda dövlət quruculuğu prosesi uğurla davam etdirilir, ölkə­miz sürətli sosial-iqtisadi inkişaf yolu ilə irəliləyir, respublikamızın beynəlxalq əlaqələri genişləndirilir, xarici siyasətdə mühüm nailiyyətlər qazanılır. Qürur duyuruq ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulmuş müstəqil Azərbaycan Respublikası bütün soydaşlarımızın və həmvətənlərimizin güvənc yeri olan qüdrətli bir dövlətə çevrilmişdir. Hazırda BMT Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət göstərən Azərbaycan Respublikası dünyada sülhün və təhlükəsizliyin qorunmasına öz töhfələrini verir. 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarın qəbul edilməsi isə Azərbaycanın istər qitə, istərsə də dünya miqyasındakı rolunun artmasının parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan dövlətinin mövcudluğu, dünya birliyində ölkəmizin qazandığı siyasi, iqtisadi və mədəni uğurlar dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsində mühüm əhəmiyyətə malikdir.

Ümumxalq, ümummilli bayram olan, Vətən eşqi, milli və mənəvi birlik hissləri aşılayan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il xalqımız tərəfindən böyük ruh yüksəkliyi, sabaha olan xoş ümidlərlə qeyd olunur. Bu il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünya azərbaycanlılarına ünvanladığı təbrikində demişdir: “Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların doğma yurdu və güvənc yeridir. Hər bir azərbaycanlı Vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması üçün əlindən gələni əsirgəməməlidir. Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının davam etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, soydaşlarımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələrin öhdəsindən uğurla gəlmək üçün əl-ələ verməli, səylərimizi birləşdirməliyik”.

 

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3288652
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
420
3080
420
73298
3288652

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter