05 Aprel 2020, Bazar

Fevalın 4-də 24 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə namizədliyi irəli sürülmüş Vüqar Zakir oğlu Abbasovun Naxçıvan şəhərinin Qaraçuq, Tumbul və Hacıniyyət kəndlərində seçicilərlə görüşü olub.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının prezidenti, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov görüşdə bildirib ki, muxtar respublikamız ötən dövrdə dinamik inkişaf yolu keçib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikamızın bütün bölgələri abadlaşdırılıb, infrastruktur tamamilə yenilənib, əhalinin yaşayış səviyyəsi yüksəlib. Görülən işlər muxtar respublikada sahibkarlığın inkişafına, yeni biznes mühitinin yaradılmasına da geniş imkanlar açır. Nəticədə yeni istehsal sahələri yaradılır, əhalinin məşğulluq səviyyəsi artır, istehsal olunan keyfiyyətli, ixracyönümlü məhsullar daxili bazarı təmin etməklə yanaşı, həm də qədim diyarımızın iqtisadi potensialını artırır.

 

“Naxçıvanın müasir inkişafına hər birimiz töhfə verməliyik”,- deyən Vüqar Abbasov  seçicilərini fevralın 9-da keçiriləcək parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Səbuhi HƏSƏNOV

ARXİV

Aprel 2020
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR