28 May 2020, Cümə axşamı

Ərəb Dövlətləri Liqasının nəzdində fəaliyyət göstərən Ərəb Qadın Komitəsinin fevralın 13-də keçirilən 39-cu sessiyasında Ər-Riyad şəhəri 2020-ci ildə Ərəb Qadınlarının Paytaxtı elan edilib. Bu barədə Səudiyyə Ərəbistanının SPA rəsmi informasiya agentliyi xəbər verib.

Səudiyyə Ərəbistanının Ailə Məsələləri Şurasının baş katibi Halə əl-Tüveyrci deyib: “Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın da dediyi kimi, Ər-Riyadın paytaxt olması çərçivəsində keçiriləcək tədbirlərdə dünyanın müxtəlif ölkələrindən qadınlar da iştirak edə bilərlər”.

Ərəb Qadın Komitəsinin sessiyasında Yaxın Şərq qadınlarını yaxından maraqlandıran məsələlər, o cümlədən iqtisadi, səhiyyə problemləri, regional strategiyalar müzakirə olunub. Halə əl-Tüveyrci əlavə edib: “Zərif cinsin nümayəndələri cəmiyyətin, ictimai həyatın yarısıdır. Qadınların rifahına və məşğulluğuna qoyulan sərmayələr, eyni zamanda, ölkələrin tərəqqisinə verilən töhfədir”.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi 2030-cu ilədək iqtisadiyyatın şaxələndirilməsi planını elan edib. Bu islahatlar çərçivəsində qadınların hüquqları daha da genişləndirilir: onlara avtomobil idarə etməyə, xarici pasport almağa və təkbaşına sərbəst səyahət etməyə icazə verilib. Bundan başqa, Dünya Bankının hesabatına görə, bu ölkədə 2017-ci ildən bəri iqtisadiyyatda gender bərabərliyi üzrə mühüm irəliləyiş əldə olunub.

 

 

 

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR